Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bir yığın “baş redaktor” və yaxud…
Bir yığın “baş redaktor” və yaxud…
04 Yanvar 2016 / 18:50 / Baxış sayı: 1102
Font1 Font2 Font3 Font4

Mətbuatın “4-cü hakimiyyət” adlandırıldığı və məhz belə də qəbul edildiyi zamanları arxada qoymuşuq. İndi özlərini mətbu orqan adlandırıran, peşəkarlıqdan dəm vuran bir qrup “4-cü hakimiyyət”in bütün gücünü sıfırlamaqla yanaşı, nüfuzuna da ciddi zərbə vurub. Söhbət saxta jurnalistlərdən və onların mənbəyi məlum olmayan maliyyə vəsaitləri hesabına yaratdıqları xüsusilə elektron mətbuatdan gedir.

 

Azərbaycan jurnalistikasını cəmiyyətin gözündə nüfuzdan salan, təsir dairəsini azaldan və bır sıra rüşvətxor məmurlar, icra hakimiyyəti başçıları ilə əlaqəyə girib onların diktəsi ilə hərəkət edən, bütün ölkənin təhlükəsizliyinə ciddi zərbə vuran bu “jurnalistlər” öz komanda fəaliyyətləri ilə diqqəti cəlb edirlər.

 

Əslində proses o qədər də çətin deyil, saytın yaradılması üçün lazım olan ilkin vəsait əldə edilir, məsələnin texniki tərəfləri həll olunur, qohum-əqrabadan “seçmə” nümayəndələr toplanır və bundan sonra sayt özünü digər özü kimi “peşəkarlar” sırasına qataraq ona diktə edilən mövqeni sərgiləməyə başlayır. Əvvəllər taksi sürücüsü, marketdə satıcı, ümumiyyətlə işsiz, oz tərcümeyi halını yaza bilməyən şəxslər indi baş redaktor olub hansısa icra başçılarının, yüksək çinli məmurların işini və ziyanvurucu fəaliyyətini mətbuatda müdafiə edir. Nəticədə, rüşvətxorluq artır, qanunsuz əməllər gizlədilir, qanunlar unudulur, vətəndaşa isə rahatlıqla “get dərdini hara deyirsən de” cavabı verilir. Diğər tərəfdən ölkə prezidenti İlham Əliyev də məmurlara vicdanla işləməyi tövsiyyə edir. Hansı ki, o məmurlar onların mətbuatda olan savadsız adamları tərəfindən müdafiə olunur, onların əməli barədə kimsə nəsə yazmır. Yazdıqda belə, dərhal silinir…

 

Bu bir qrup şəxs tərəfindən həyata keçirilir. O qrupda kimlər var? Kimlər onlara dəstək verir? Bu hal indiki halda dövlətə və jurnalistikaya necə ziyan vurur? Belələri üçün bu sualların cavabını yox, hansısa məmura, icra başçısına necə yaxınlaşmaq, onu necə ələ keçirmək barədə düşünürlər…

 

İcitmai rəyə təsir imkanı əldə etmək üçün yararlandığı məmurun pulundan gen-bol istifadə edən bu saytların ən əsas düşməni peşəkarlardır. O peşəkarlar ki, onların sözünün çəkisi var və cəmiyyətdə qarşı tərəfin bütün canfəşanlığına baxmayaraq hələ də “4-cü hakimiyyət” funksiyasını tamamilə itirməyiblər.

Ölkənin təhlükəsizliyinin hər kəs üçün ilk vəzifə olmalı olduğu bir zamanda bunun tam əksinə şərait yaradan fəaliyyətlə diqqət çəkən bu “media orqanlarının” qarşısını almağın zamanı çoxdan çatıb. Artıq Mətbuat Şurası və aidiyyatı qurumlar bütün bunlara qarşı tədbirlər görmək üçün ciddi iradə ortaya qoymalıdır. Əks təqdirdə müharibə şəraitində olan ölkənin təhlükəsizliyi və mənafeyi ciddi zərbə altında qalacaq. Onlar buna qadirdir…


arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə