Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Akif Çovdarovla Vidadi Zeynalovun şantaj «evləri»
Akif Çovdarovla Vidadi Zeynalovun şantaj «evləri»
05 Yanvar 2016 / 12:12 / Baxış sayı: 900
Font1 Font2 Font3 Font4

3 otelin adı qalmaqala qarışıb, MTN generalı ilə RYTN-in aparat rəhbərləri «qurbanlarını» burada «ovlayırmışlar»

Hələ bir müddət əvvəl Bakıda bir sıra əxlaqsızlıq yuvalarının fəaliyyət göstərdiyi barədə məlumat vermişdik. Araşdırmalarımız zamanı məlum olmuşdu ki, şəhərin ən gur yerlərində göz çıxaran bu obyektlərin əksəriyyətinin yaxınlığında polis bölmələri yerləşsə də, onlara qarşı hər hansı bir tədbir görülmür. Lakin zaman keçdikcə məlum olur ki, bu «yuva»ların arxasında ciddi fiqurlar dayanırmış və onların sayəsində kimsə onlara yaxın durra bilmirmiş.

Şəhid adına ləkə gətirən «massaj salonu»

JAM.AZ xəbər verir ki, Nobel prospekti ilə şəhid Daşqın Cəfərov küçəsinin kəsişməsində, «Günəş» marketlə üz-üzə adsız «massaj salonu»nda əxlaqsızlıq yuvası yerləşir. İşin ən tərs tərəfi də o idi ki, həmin əxlaqsızlıq yuvası elə polis bölməsinə heç də uzaq fəaliyyət göstərmir.

Ərazidə yaşayan insanların etdiyi şikayətlərə baxan yoxdur. Onlar bütün instansiyalara yazılı və şifahi müraciət etsələr də, həmin obyektin bağlanılmasına nail ola bilmirlər.

«Limon» çay evi, yoxsa… ???

Amma şəhərin mərkəzində yerləşən əxlaqsızlıq yuvalarının sayı da az deyil. Onlardan biri Süleyman Rəhimov küçəsi ilə Süleyman Rüstəm küçəsinin kəsişməsində yerləşən «Limon» çay evidir. Adı çay evi olsa da, buranın əxlaqsızlıq yuvası olduğunu bilməyən yoxdur.
Orada mütəmadi olaraq oturan Emin adlı şəxsin vəzifəsi pulları yığmaqdan ibarətdir.
Maraqlıdır ki, «Limon» çay evinin zirzəmisində fəaliyyət göstərən əxlaqsızlıq yuvası ilə 22-ci Polis Bölməsinin arasındakı məsafə heç 100-150 metr olmaz. Şəhərin o biri başında cibgiri tapıb, həbs edən bu bölmənin əməkdaşlarının «qulaqlarının dibində»ki «priton»u görməmələri qətiyyən başa düşülən deyil.

«Emerald» hotel


Paytaxtın ən məşhur əxlaqsızlıq yuvalarından biri də Nizami rayonu ərazisində yerləşən “Emerald” hoteldir. JAM.AZ-ın araşdırmalarına görə, Mədəniyyət və Turizm Nazirliyinin verdiyi lisenziya əsasında fəaliyyət göstərən hotel qədim peşə sahiblərinin oylağına çevrilib.
Qaynağımızın iddiasına görə, bir neçə müddət öncə istifadəyə verilən və 5 mərtəbədən ibarət olan hoteldə ən ucuz otağın qiyməti 70-90 manatdan başlayır. Mənbənin sözlərinə inansaq, hoteldəki otaqların hər biri yüksək şəraitlə təmin edilib: “Hotelin müştərilərinin çoxunu imkanlı şəxslər təşkil edir. Onların arasında müxtəlif vəzifələrdə çalışan insanlar da var. Müştərilərin əksəriyyəti hotelin birinci mərtəbəsində yerləşən restoranda yeyib-içib daha sonra otaqlara keçirlər. Otaqların qiyməti isə müxtəlifdir. “Emerald” hoteldə sadə otağın bir gecəlik qiyməti 70 manatdır. Hər cür şəraitlə təmin olunan VİP otaqların qiyməti isə 120 manatdan başlayır. Bahalıq üzündən maddi durumu aşağı olan şəxslər hotelə gələ bilmir. Həftənin hər günü fasiləsiz fəaliyyət göstərən hotel əməlli-başlı əxlaqsızlıq yuvasına çevrilib. Bura gələn cavan oğlan və azyaşlı qızların məqsədi məlumdur. Onlar hoteldə bir neçə saat ərzində əylənirlər”.

«Klear» hotel


Əxlaqsız əməllərin intensiv xarakter aldığı fahişəxanalardan biri də Binəqədi rayonu, Dərnəgül qəsəbəsində yerləşən “Clear” hoteldir. Əldə etdiyimiz məlumatda deyilir ki, “Emerald” kimi “Clear” hoteli də Mədəniyyət və Turizm Nazirliyinin lisenziyası əsasında fəaliyyət göstərir.
Qeyd edək ki, 4 mərtəbədən ibarət olan hotelin bütün otaqları mərkəzi istilik sistemi, kabel televiziyası, internet və digər sistemlərlə təchiz edilib. Müştərilərin rahatlığını nəzərə alan hotel rəhbərliyi onların əyləncəli intim həyat yaşamasından ötrü lazımi şərait yaradıb. Hoteldə təmizlik ideal vəziyyətdədir.
Qiymətlərin bahalığı “Clear”dakı şəraitlə bağlıdır. Burda otaqların üç saatlıq qiyməti 60 manatdan başlayır. Müştərilər ciblərinə uyğun otaqları seçib özləri ilə gətirdikləri qızlarla bu müddət ərzində gün keçirirlər. Hoteldə ilin bütün fəsillərində sıxlıq müşahidə olunur. Nazirlik hotelə lisenziya verib, lakin bir dəfə gəlib “Clear”ın fəaliyyətini araşdırmırlar.
Polis əməkdaşları dəfələrlə reyd keçirməyə cəhd göstəriblər, lakin hotelin rəhbər işçiləri nazirliyin müvafiq icazə sənədini onlara göstərməklə özlərini sığortalayıblar.

“Astoria Baku” hotel


Əxlaqsızlığın təbliğ edildiyi məkanlardan biri də Babək prospektində yerləşən “Astoria Baku” hoteldir.
Qeyd edək ki, “Emerald” və “Clear”dan fərqli olaraq “Astoria Baku”da qiymətlər daha bahadır. “Astoriabaku.com” saytındakı qısa axtarışdan sonra məlum oldu ki, hoteldə “standard SNGDBLTWN”, “superior_SNG_DBL”, “deluxe SNGDBL”, “suite jnior” tipli otaqlar və koteclər fəaliyyət göstərir. Ki, bu otaqlardan ən ucuzunun qiyməti 130 manatdan başlayır. “Astoria Baku”dakı otaqların hamısı USB, HDMI çıxışları olan plazma televizor, peyk televiziyası, yüksək sürətli internet, çay və kofe, hamam ləvazimatları, mini-bar, fen və kondisionerlə təchiz olunub. Əldə etdiyimiz məlumatlara görə, imkanlı müştərilər yetkinlik yaşına çatmayan xanımlarla “Astoria Baku” hotelində unudulmaz anlar yaşayırlar.
Nəzərinizə çatdırmaq istəyirik ki, sözügedən əxlaqsızlıq yuvasının da lisenziyası var. Hörmətli nazir Əbülfəs Qarayev bizə inanmırsa, “Emerald”, “Clear” və “Astoria Baku”nun fəaliyyətini araşdıra və onların əsl təyinatının nədən ibarət olduğunu görə bilər. Ümumiyyətlə, bu cür obyektlərin fəaliyyət göstərməsi faciəyə bərabər bir şeydir. Çünki hotel adı altında işləyən əxlaqsızlıq yuvalarında hər gün yüzlərlə günahsız qızın başına olmazın oyunlar gətirilir.

Akif Çovdarov və Vidadi Zeynalovun «şantaj evləri»

Qısa araşdırmalardan sonra öyrəndik ki, “Emerald” hotelinin arxasında ləğv edilən MTN-dəki Akif Çovdarov şəbəkəsi dayanıb. Belə ki, “Emerald”, “Clear” və “Astoria Baku” Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin hazırda həbsdə olan aparat rəhbəri Vidadi Zeynalovun nəzarətində olub. Ayrı-ayrı MMC-lər ilə fəaliyyət göstərsələr də, əksəriyyəti bu nazirliyin balansında olan ərazilərdə yerləşib və məhz V.Zeynalov tərəfindən hotel məqsədilə icarəyə verilib.
Məsələ bununla yekunlaşmır. Yayılan xəbərlərdə deyilir ki, Çovdarovun gizli kasset görüntülərinin əksəriyyəti də bu hotellərdə baş verib. Vəzifəli şəxslərin, tanınmış simaların “gözdən uzaq” hesab etdikləri bu hotellər, xüsusilə, “Astoriya Baku” tələyə çevrilib. Bəzi yüksək çinli məmurların belə burada Mahmudov-Çovdarov şəbəkəsinin qurbanına çevrildiyi gələn məlumatlar arasındadır.

P.S. Bu əsnada ləğv olunmuş MTN-in sabiq generallarının hər ay pul aldıqları bir xeyli hotelin də adı üzə çıxıb. JAM.AZ-ın araşdırmalarına görə, onların ümumi sayının 30-dan çox olduğu məlum olub. Yaxın günlərdə həmin hotellərin kimə haqq ödədikləri, ayda nə qədər pul verdikləri və adlarını oxuculara təqdim edəcəyik.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə