Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ded Xasanın qohumunu Yeni İl axşamı şil-küt etdi, “Vaqif Bakinski” isə…
Ded Xasanın qohumunu Yeni İl axşamı şil-küt etdi, “Vaqif Bakinski” isə…
05 Yanvar 2016 / 16:00 / Baxış sayı: 670
Font1 Font2 Font3 Font4

Yeni il axşamı Moskvada “Alik Krasnodarskiy” ləqəbli “avtoritet” Roman Rasoyev vəhşicəsinə döyülüb.

Virtualaz.org “Rosbalt”a istinadən xəbə verir ki,  Rasoyev 2012-ci ildə qətlə yetirilən məşhur kriminal avtoritet, yezdi kürd mənşəli Aslan Usoyanın qohumudur. “Alik Krasnodarskiy” döyülərkən onun yanında dostu, Gürcüstandan olan azərbaycanlı “vor zakon” Vaqif Süleymanov (“Vaqif Bakinski”) də olub. Ded Xasanın qohumunu döyən isə dağıstanlı kriminal avtoritet Amirdir. Bundan əvvəl o, “Seryoja Bentley” ləqəbli avtoritet SergeyAsatryanı da xəstəxanalıq edib.

Vaqif Süleymanov

Hüquq-mühafizə orqanlarındakı mənbələr bildiriblər ki, “Alik Krasnodarskiy”in döyülməsi uzun əhvalatdır. Məsələnin kökü bundan qaynaqlanıb ki, dağıstanlı biznesmenlərin nəzarətində olan banklardan birinin Rusiya Mərkəzi Bankı ilə problemi yaranıb. Kommersantlar problemin həllini kənarda axtarıblar. Bu zaman Roman Rasoyev  və dostu, Racin Mehrəliyev adlı avtoritet (“Racik Nijnevartovskiy”) onlara vəd edib ki, Mərkəzi Bankdakı və xüsusi xidmət orqanlarındakı adamlarının köməyi ilə problemi həll edə bilər. Bu iş üçün “vor zakon” lar 50 milyon rubl istəyib. Biznesmenlər bu pulu veriblər, ancaq tezliklə Mərkəzi Bank həmin bankın lisenziyasını ləğv edib. Bankın sahibləri aldadıldıqlarını görərək kriminal aləmdəki kuratorları Amirə müraciət ediblər. Amir Aliklə Racikə çatdırıb ki, onun adamlarına “atıblar” və pulu qaytarmaq lazımdır.

Rasoyev Amirin dəlilləri ilə əsasən razılaşıb. Ancaq tezliklə başına iş gəlib. 2015-ci ilin yanvarında Racik Moskvada narkotiklə tutulub və uzun müddətə təcridxanaya göndərilib. Və bütün borc öhdəlikləri Alikin üstündə qalıb. Əvvəlcə o, Amirlə danışıqlar aparmağa cəhd edib, ancaq daha sonra telefonları söndürüb və aradan çıxıb.

Lakin tale iki avtoriteti təsadüfən Yeni il axşamı, Moskvadakı Böyük teatrın yanındakı iri tcarət mərkəzində qarşılaşdırıb. Roman Rasoyev azərbaycanlı tanışı “Vaqif Bakinski” ilə birlikdə bayram alış-verişi etmək üçün ticarət mərkəzinə gedib. Təsadüfən həmin vaxt Amir də öz mühafizəçiləri ilə birlikdə orada mağazaları dolaşırdı. Ticarət pavilyonlarından birində o, Yeni ilə ən yaxşı həddiyəni-“Alik Krasnodarksiy”i görür.

Dağıstanlı avtoritet dərhal ona təklif edir ki, yaxınlıqdakı bara gedib danışsınlar. Lakin söhbət alınmayıb. Rasoyevə qulaq asmaqdan yorulan Amir əvvəlcə onu sifətindən endirdiyi zərbə ilə nokauta salıb. Daha sonra təpiklə şil-küt edib. Yaxınlıqda olan “Vaqif Bakinski” isə müdaxilə etməyib. Amir mühafizəçiləri ilə birlikdə təcili ticarət mrkəzini tərk edib, Rasoyevi isə bir neçə sınıq xəsarəti, o cümlədən çənə sınığı diaqnozu ilə xəstəxanaya yerləşdiriblər.

Hüquq-mühafizə orqanlarındakı mənbə deyib ki, Rasoyevin döyülməsi kriminal aləmdə vəziyyəti gərginləşdirməyəcək. Çünki “Ded Xasan”ın ölümündən sonra onun mövqelər xeyli zəifləyib. Çətin ki, kimsə ona görə qorxunc Amirlə üz-üzə gəlməyə cəsarət etsin.

Lakin qanqsterlər arasında hökm sürən nisbi sakitliyi başqa hadisə poza bilər. Gözlənilir ki, bu ilin əvvəllərində nüfuzlu “vor zakon” Merab Canqveladzeni (“Merab Suxumski”) İtaliya həbsxanasından buraxacaqlar. O, reket, saxta sənədlərdən istifadə, çirkli pulların yuyulması ittihamları ilə 4 il həbs cəzası alıb və cəzasının yarısını çəkib. İtaliya qanunları onun azadlığa çıxmasına şərait yaradır.

Merab Canqveladzeni

Məhz “Merab Canqveladze”  Tariel Oniani ilə (“Taro”) “Ded Xasan”a qarşı çıxan qruplaşmaya başçılıq edirdi. Bu qruplaşmanın faktiki lideri hazırda “Rövşən Lənkəranski” ləqəbli Rövşən Canıyevdir. “Ded Xasan” öldürülsə də “Taro” və “Merab” başqa cinayətlərə görə həbs ediliblər. “Merab”ın işi üzrə istintaqda İtaliya karabinerləri onun Rusiya həbsxanasında saxlanılan “Taro2 arasında telefon danışığını təqdim etmişdilər. Bu telefon danışığından məlum olurdu ki, onlar “Ded Xasan”ın vurulmasına hökm verirlər.

“Ded Xasan”ın ölümündən sonra nüfuzlu avtoritet “Şakro Molodoy” (Zaxari Kalaşov) İspaniya həbsxanasından buraxılıb və onun yerini tutub. “Şakro Molodoy”  Usoyanın öldürülməsinə görə günahkar olanları cəzalandırmağa hazırlaşır. Bu səbəbdən Merabın azadlığa çıxması kriminal aləmdə münasibətləri gərginləşdirəcək. Gözlənilir ki, Merab azadlığa çıxandan sonra Türkiyədə, “Rövşən Lənkəranski”nin yanında məskunlaşacaq. Çünki onun Rusiyadakı biznesi çox zəifləyib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə