Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakı Sağlamlıq Mərkəzində doğuş faciəsi: 2 qadın öldü
Bakı Sağlamlıq Mərkəzində doğuş faciəsi: 2 qadın öldü
05 Yanvar 2016 / 16:06 / Baxış sayı: 504
Font1 Font2 Font3 Font4

Hər iki qadın qeysəriyyə əməliyyatı zamanı vəfat edib

Bakıda 2 qadın doğuş vaxtı dünyasını dəyişib. Nərimanov rayonu ərazisində Bakı Sağlamlıq Mərkəzində təbii doğuş həyata keçirən 1984-cü il təvəllüdlü Ağayeva Günay Məmmədağa qızının vəziyyəti pisləşib. Həkimlər qadının qeysəriyyə əməliyyatı ilə övladını dünyaya gətirməsini məsləhət görüb. Əməliyyat zamanı əvvəlcə uşaq, daha sonra isə qadın dünyasını dəyişib.

Oxşar hadisə yanvarın 2-də Respublika Klinik Xəstəxanasında da baş verib. Reanimasiya şöbəsində 1993-cü ildə Goranboyda anadan olan və Gəncədə qeydiyyata düşmüş Abbasova Ülviyyə Elçin qızı qeysəıriyyə əməliyyatı zamanı vəfat edib.

Belə ki, Ü.Abbasova bir müddət imiş ki, xəstəxanada müalicə olunurmuş. Qadının hamiləliyinin 35-36-cı həftəsində əməliyyatla ölü döl doğulub. Daha sonra 23 yaşlı qadının halı daha da pisləşib və onun həyatını xilas etmək mümkün olmayıb.

Hər iki faktla bağlı araşdırma aparılır.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə