Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

NUH.az-ın baş redaktoru prezidentə yenidən müraciət etdi
NUH.az-ın baş redaktoru prezidentə yenidən müraciət etdi
05 Yanvar 2016 / 19:09 / Baxış sayı: 496
Font1 Font2 Font3 Font4

Cənab  İlham Əliyev!

Mən düz 1 il öncə, yəni 04 yanvar 2015-cü il tarixdə Siz ünvanladığım müraciəti nöqtə-vergülünə toxunmadan “kopiya”lamağa məcburam.

Bəlkə bu dəfə Sizə “yetişdi”. “Son vaxtlar dünya iqtisadiyyatında və ölkəmizdə baş verənləri, milli manatın aqibətini, əhalimizin vəziyyətini nəzərə alaraq təklif edirəm ki: 1991-ci ildən bugünədək müxtəlif səbəblərdən bir qrup ölkə vətəndaşında cəmləşmiş, əsasən xarici banklarda yerləşdirilmiş və miqyasına görə Azərbaycan dövlət büdcəsindən müqayisə olunmaz dərəcədə çox olan “doğma” kapitalın leqallaşdırılması üçün  maliyyə  amnistiyası elan olunsun. Xarici kapital üçün yaradılan münbit şərait və yüksək təminat “doğma” kapitala da tətbiq edilməli, yəni hər ikisinə bərabər şərait yaradılmalıdır.

Hesab edirəm ki, iqtisadi-maliyyə amnistiyası  minlərlə yeni iş yerlərinin açılmasına, yoxsulluğun azaldılmasına, korrupsiya və rüşvətxorluğun dairəsinin daralmasına, yüksək inkişafa, ən əsası həqiqi sabitliyə, sonda demokratiyanın inkişafına gətirib çıxaracaq. Bu addım həm də ölkəni gələcək siyasi təlatümlərdən, qarşıdurmalardan qoruyacaq və populist şüarlarla xalqı aldatmağa son qoyacaq. İqtisadi amnistiya həm də xalqın sərvətini xalqa qaytarmağın daha məqsədəuyğun yoldur”.

Hörmətlə, NUH  İnformasiya  Agentliyinin
(NUH.az-ın ) baş redaktoru  Kamran Məhərrəmli



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə