Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ukrayna Rusiyadan belə əvəz çıxdı
Ukrayna Rusiyadan belə əvəz çıxdı
06 Yanvar 2016 / 11:54 / Baxış sayı: 382
Font1 Font2 Font3 Font4

Ukrayna “İpək yolu” marşrutu üzrə ilk konteyner qatarını reysə buraxacaq.

Rəsmi Kiyev yanvarın 15-də UkraynaÇin marşrutu üzrə ilk konteyner qatarını reysə buraxacaq. Pilot reysi yükləriGürcüstan, Azərbaycan, Qazaxıstan vasitəsi ilə Çinə çatdıracaq. Bu barədə Ukraynanın İnfrastruktur nazirinin müavini Vladimir Omelyanov “Facebook” səhifəsində məlumat verib. 
“15 yanvarda Odessa vilayətinin İliçevsk limanından pilot qatar reysi hərəkətə keçəcək. Bununla da bizim məhsullar Rusiyadan kənar yollarla Asiya bazarlarına çatdırılacaq.
Bu layihənin çox böyük tarixi əhəmiyyəti var”, – deyə Omelyanov bildirib. Ukrayna rəsmisi bildirib ki, yüklər Qara Xəzər dənizlərindən (İliçevskBatumiƏlətAktau) bərə keçidləri vasitəsi ilə keçəcək. Konteyner qatarı təxminən 20 vaqondan təşkil ediləcək.
Vladimir Omelyanov – Ukraynanın İnfrastruktur nazirinin müavini

Bundan əvvəl Ukrayna məhsullarının Azərbaycandan daşınması ilə bağlı məsələ Ukraynanın baş nazirinin müavini, regional inkişaf, tikinti və mənzil-kommunal təsərrüfatı naziri Gennadi Zubkonun və Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubovla görüşündə müzakirə olunmuşdu.

Ukraynadan yüklərin daşınması üçün istifadə olunan marşrut (qırmızı xəttlə işarələnib)

Noyabrın 30-da isə Azərbaycan, Türkiyə, Gürcüstan və Qazaxıstan yük daşınmaları məqsədi ilə konsorsium təsis etmək haqqında qərar qəbul etmişdi.
Rusiya isə yanvarın 4-də öz ərazisi vasitəsilə Ukrayna mallarının tranzitini tamamilə dayandırıb. Bu səbəbdən Ukrayna yüklərin daşınması üçün “İpək yolu”nun Gürcüstan, Azərbaycan, Qazaxıstan marşrutundan istifadə etmək məcburiyyətində qalıb.

Bununla da demək olar ki, Rusiya yükdaşma sahəsində əldə etdiyi imkanları itirmək üzrədir. Çünki bir müddət əvvəl Türkiyədə Rusiya marşrutundan istifadə etməkdən imtina edib. Qırıcı qalmaqalından sonra Türkiyə yükləri Rusiya ərazisindən deyil, Gürcüstan, Azərbaycan, Qazaxıstan marşrutundan istifadə edir. Bu isə Rusiyanın tranzitdən əldə etdiyi gəlirləri kəskin şəkildə azaldır. Amma Gürcüstan, Azərbaycan və Qazaxıstan kimi dövlətlər üçün yeni iqtisadi imkanlar yaradır.


arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə