Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ziya Məmmədov Ağsunu da itirir…
Ziya Məmmədov Ağsunu da itirir…
06 Yanvar 2016 / 12:10 / Baxış sayı: 624
Font1 Font2 Font3 Font4

Ənvər Seyidəliyev postunu itirmık təhlükəsi ilə üzləşib

Nəqliyyat naziri Ziya Məmmədov dayaqlarını itirib nazir kreslosu ilə vidalaşmağa doğru getdikcə ona bağlı olan qruplar ciddi təşviş keçirir. arxiv.bizimxeber.az-a daxil olan məlumata görə, bu qrupun ən tanınmış və nüfuzlu nümayəndələrindən biri də Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevdir.

Qısa arayış:

Ənvər Qasım oğlu Seyidəliyev 1950-ci ildə Ağsu rayonunun Pirhəsənli kəndində anadan olmuşdur. Azərbaycanlıdır. 1975-ci ildə Azərbaycan Politexnik İnistitutunu bitirmişdir. 1975-1976-cı illərdə hərbi xidmətdə olmuşdur. 1977-1983-cü illərdə Ağsu rayonunda müxtəlif vəzifələrdə çalışmışdır. 1983-1985-ci illərdə Bakı Ali Partiya Məktəbinin dinləyicisi olmuşdur. 1985-1989-cu illərdə Ağsu rayon partiya komitəsində təlimatıçı vəzifəsində çalışmışdır. 1989-2003-cü illərdə Ağsu rayon Maddi-Texniki Təchizat və Mexanikləşdirmə İstehsalat Birliyinin müdiri vəzifəsində çalışmışdır. 2003-2007-ci illərdə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-də idarə rəisi vəzifəsində işləmişdir. 18.12.2007-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Ağsu rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, bir oğlu və iki nəvəsi var.

 

Tərcümyi-halından da göründüyü kimi, Ənvər Seyidəliyevin bütün həyatı Ağsu rayonu ilə bağlıdır. Bu isə ona rayonda bütün maliyyə  və digər imkanları əlində saxlamaq və bu mənbələrdən istifadə etmək imkanı verib.Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun dayısı olan Ənvər Seyidəliyev bacısı oğlunun nazir təyin edilməsindən sonra öz mövqeyini daha da möhkəmlədib.

İcra başçısı təyin olunduqdan sonra rayondakı gəlirli bütün sahələri öz nəzarətinə alan Ənvər Seyidəliyevin yerlərdəki işlərini həyata keçiriən xüsusi insanlar var ki, bunlar da icra başçısına qohumluq əlaqələri ilə bağlıdır.

İcra başçısı öz fəaliyyətində rayon maliyyə idarəsinin rəhbərinə daha çox güvənir. Yəni zamanda rayondakı əksər sahələrdə rəhbər vəzifələrdə çalışanlar da icra başçısının qohum və yaxınlarıdır.

Məsələn,“Kapitalbank”ın Ağsu filialının müdiri Fətulla Seyidəliyev Ənvər Seyidəliyevin qardaşıdır. Rayon maliyyə şöbəsinin müdiri Radim Müslümov isə icra başçısını digər bacısı oğlu, nazir Səlim Müslümovun qardaşıdır.

Ağsu bazarı icra başçısının başqa bir qohumu Varis Nəzərovun nəzarətinə verilib. İcra başçısının Teymur Seyidəliyev adlı qardaşı isə qeyri-rəsmi ödənişlərin toplanmasına nəzarət edir.

Məlumatlara görə, rayon ərazisindəki ticarət obyktlərindən məhz bu şəxs vasitəsilə aylıq vəsait toplanaraq ünvanına çatdırılır. Obyektlərin normal fəaliyyət göstərməsi həmin ayın ödənişindən asılıdır. Əgər bu ödəniş olmasa həmin obyektin fəaliyyəti mümkünsüz olur.

Ziya Məmmədovun kurasiyasında olan rayonlar arasında Ağsu xüsusi yer tutur. Mövqeləri zəifləyən Ziya Məmmədovun vəzifədə saxlanılması üçün Seydəliyevlər və yaxın qohumları olan Səlim Müslümov ciddi cəhdlə çalışırlar. Ancaq buna nə dərəcədə müvəffq olduqları sual altındadır. Belə ki, hadisələrin son gedişi Ziya Məmmədovun nazir kimi fəaliyyətinə son qoyulacağını söyləməyə əsas verir. Bu isə təkcə nazirin yox, həm də onun yaxın ətrafının sonunu gətirəcək.

İlkin
arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə