Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakı metrosunda növbəti ajiotaj
Bakı metrosunda növbəti ajiotaj
06 Yanvar 2016 / 12:24 / Baxış sayı: 264
Font1 Font2 Font3 Font4

Bu gün səhər saatlarında Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında kartyükləmə aparatlarının işində problem yaranıb və bu səbəbdən həmin stansiyada böyük sərnişin sıxlığı yaranıb. 

“Report” xəbər verir ki, stansiyanın girişində quraşdırılmış “BakıKart”ın 5 kartyükləmə aparatından 3-ü işləməyib. “BakıKart” əməkdaşları sərnişinlərə aparatların qəpik qəbul etmədiyini, ancaq kağız pul yükləmək mümkün olduğunu bildiriblər. Sərnişinlərin verdiyi məlumata görə, bir müddət sonra həmin aparatlar ümumiyyətlə pul qəbul etməyib. Təxminən 1 saat ərzində texniki işçilərin bir neçə dəfə müdaxilə etməsinə baxmayaraq, həmin aparatların işə salınması mümkün olmayıb.

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev sayta açıqlamasında hazırda həmin stansiyada 1 kartyükləmə aparatının oldugunu deyib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə