Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Zakir Fərəcovun Sumqayıtda daha bir zülmü -VİDEO,FOTO
Zakir Fərəcovun Sumqayıtda daha bir zülmü -VİDEO,FOTO
06 Yanvar 2016 / 12:29 / Baxış sayı: 1954
Font1 Font2 Font3 Font4

Sumqayıt Memarlıq və Şəhərsalma idarəsinin işçiləri hər yeri sökür

Ölkə prezidenti sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələrə son qoymaq barədə ciddi xəbərdarlıq etməsinə baxmayaraq hələ də ölkə başçısını xəbərdarlığını diqqətə almayan məmurlar var. Bizimxeber-ə Sumqayıt şəhər sakini, kiçik sahibkar İlham Əbdilov müraciət edərək İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin işçiləri tərəfindən təzyiqə məruz qaldığını bildirib.

Sahibkarın sözlərinə görə, Sumqayıt şəhəri 13-cu mikrorayon, Uzeyir Hacıbəyli küçəsi, 62a unvanında yerləşən, özəl ticarət (aptek)obyektinə hec bir qanuni sənəd təqdim etmədən , səbəbi izah edilmədən “söküləcək” deyı ona ultimatumu verilib: “Mən isə məmurların özbaşınalığının qarşısını almaq üçün prezident cənab İlham Əliyevə 3 dəfə ardıcıl teleqram vurdum. Həmçinin Baş prokuror Zakir Qaralova əmlakımın dağıdılmasının qarşısını almaq üçün müraciət etmişəm. Hələ də cavab gözləyirəm.

Qeyd edim ki, birinci dəfə Sumqayıt şəhər memarlıq və şəhərsalma idarəsində işləyən Kənan adlı şəxs mənə yaxınlaşaraq obyektin sənədini istədi, mən də sənədləri təqdim etdim.Sonrakı gunlərdə özlərini dövlət məmuru kimi təqdim edən muxtəlif şəxslər yaxınlaşaraq obyektin qısa muddətdə boşaldılmasını, ticarət fəaliyyətimin dayandırmasını tələb etdilər.

Mən onlardan bunun səbəbini soruşduqda “yuxarıdan göstəriş var, sökülməlidir” dedilər.Mən onlara etiraz edərək məhkəmə qərarı olmadan sökülmənin mümkünsüz olduğunu bildirdim. Yenə eyni cavabı verdilər ki, şifahi göstəriş var,bəs sökülməlidir.

Mənə “Polislə gələcəyik, obyektini ucuracağıq”, deyə hədə-qorxu gəlinir. Əgər mənim obyektimin sökülməsinə dövlət ehtiyacı səbəbindən zərurət yaranıbsa, bu, dövlətimizin qanunlarına uygun şəkildə edilməlidir. Lakin mənə söküntü barədə heç bir rəsmi sənəd təqdim edilmir”.

Obyektimin bütün sənədlərinin tam qaydasında olduğunu deyən sahibkarın sözlərinə görə, obyektin tikilməsi ucun o vaxtkı bələdiyyə sədri olan Zakir Fərəcov (hal-hazırda Sumqayıt şəhər icra başçısı) tərəfindən 16 dekabr 2004-ci ildə torpaq ayrılıb: “28 aprel 2005-ci ildə sabiq icra başcısı Vaqif Əliyevin 139 N-li sərəncamı ilə tikintiyə icazə verilmişdi.

Obyekt 02.09.2010-cu ildə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Sumqayıt Şəhər Ərazi İdarəsində adıma dövlət qeydiyyatına alınıb. Bununla belə mən qanunauyğun olan butun tədbirləri qəbul etməyə hazıram. Təbii ki, qanunazidd tələbləri yox. Yanvar ayının 5-də, günorta saat 12:00 -da isə bir dəstə məmur,o cümlədən həmin Kamil adlı şəxs və şəhər Memarlıq və Şəhərsalma İdarəsinin əmıkdaşları polislə, ağır texnika ilə başımın üstünü kəsdilər. Əvvəlcə obyektin işığını və suyunu kəsdilər. Sonra isə mən memarlıq idarəsinin işçisi Kənana yaxınlaşıb nə baş verdiyini soruşdum.O isə ” qanunsuz quraşdırmaları sökəcəyik , apteklə işimiz yoxdu ” dedi.Bir az keçdikdən sonra ekskavator aptekə hücum etdi və aptekin qarşısındakı tamburu və gözətçi otağını dağıtdı.Sonra isə bir neçə nəfər aptekin qarşısını kəsib apteki boşaltmağımı tələb etdilər.Mən isə apteki bağlayıb içəridə oturdum, bildirdim ki, onlar qanunsuz əməlinə son qoymayınca obyektimdən çıxmayacağam”.

Hazırda aptekin işığı və suyu olmadığına görə sahibkarlıq fəaliyyətini tam dayandırdığını deyən şikayətçinin sözlərinə görə, qanunları saya saymayan bu cür məmurların ucbatından bir sahibkar kimi təkcə o, ziyan çəkmir ,eləcə də işsizlik problemi olan bir zamanda çoxuşaqlı ailə başçısı olan işçisi də işsiz qalıb: “Mən bir daha bu məmur özbaşınalığına son qoymaq üçün prezident İlham Əliyevə , əmlakımın dağıdılmasının qarşısını almaq, əmlak hüququmun dövlət tərəfindən qorunması üçün üçün baş prokuror Zakir Qaralova , Daxili İşlər Naziri Ramil Usubova müraciət edirəm.Məruz qaldığım məmur özbaşınalığına baxmayaraq ümid edirəm ki, hüquq- mühafizə orqanları sonda qanunun aliliyini təmin edəcək.

Onun da xatırladım ki, prezident açıq şəkildə məmurlara tapşırıq verib, dəfələrlə vurğulayıb ki, məmurlar, dövlət qurumlarının nümayəndələri xalqla bir yerdə olmalıdırlar, onların qayğıları ilə yaşamalıdırlar, kobudluğa, yekəxanalığa yol verilməməlidir. “Məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər, onlar xalqın xidmətçiləridir. Dəfələrlə demişəm ki, mən birinci xidmətçiyəm. Xalqın birinci xidmətçisi Prezident olmalıdır, çünki xalq bizə inanır, bizə bu missiyanı aparmağı həvalə edib, tapşırıb” deyə president vurğulayıb. Anca məmurlar prezidentin xəbərdarlıqları diqqətə almırlar.

arxiv.bizimxeber.az



Zakir Fərəcovun Sumqayıtda daha bir zülmü -VİDEO,FOTO yazısına 1 şərh yazıldı




Yuxarı Geri Ana səhifə