Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Barrel 36 dollardan üzüaşağı gedir
Barrel 36 dollardan üzüaşağı gedir
06 Yanvar 2016 / 12:49 / Baxış sayı: 174
Font1 Font2 Font3 Font4

Dünya bazarlarında neftin ucuzlaşması prosesi davam edir.

Virtualaz.org birjalardakı son hərracların nəticələrinə istinadən xəbər verir ki, “Brent” markalı neft bu gün daha 1.78 faiz dəyər itirib və hazırda barreli 36 dollardan da aşağı-35.56 dollara satılır. Azərbaycanın “Azeri Light” markalı nefti isə bundan bir neçə sent bahadır.

Xatırladaq ki, ötən həftə sonu Səudiyyə Ərəbistanının şiə lider Nimr əl-Nimri edam etməsindən sonra Tehrana Ər-Riyad arasında yaranmış qarşıdurma, habelə bütün Yaxın Şərq boyu sünnü-şiə münaqişəsinin qızışması neftin qiymətində nisbi artıma səbəb olmuşdu. Həmin hadisələr fonunda “Brent” bir gündə 3 faiz bahalaşaraq 38 dollara satılmışdı.

Lakin göründüyü kimi Yaxın Şərqdəki təlatümlərin neftin qiymətinə təsiri müvəqqəti olub. Dünya bazarlarındakı neft bolluğu, Amerika neftinin bazara çıxması, İranın neft ixracını artırmağa hazırlaşması qiymətlərin ucuzlaşması tendensiyasını yenidən başladıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə