Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Qar Xınalıqda sərhəd zastavası ilə əlaqəni kəsdi – FOTO
Qar Xınalıqda sərhəd zastavası ilə əlaqəni kəsdi – FOTO
06 Yanvar 2016 / 12:56 / Baxış sayı: 230
Font1 Font2 Font3 Font4

Quba-Xınalıq yolu 6 gündür ki, bağlıdır. Ölkə ərazisində dekabrın 30-dan başlayan şaxtalı, qarlı hava şəraiti nisbətən mülayimləşsə də, qar səbəbindən bağlanan bəzi yollar hələ də açılmayıb. Xüsusilə şimal bölgəsində.

Qubanın Xınalıq, Xaltan, Qonaqkənd, Söhüb, Dərk kəndləri istiqamətlərində hələ də yollarda hərəkət məhduddur.



Xınalıq yolu

Qubanın 6 saylı Yol İstismar İdarəsinin rəisi Aydəmir Manafov Xınalıq yolunun böyük bir hissəsinin qardan təmizləndiyini, indi yolun ən təhlükəli yeri olan Zanqar adlanan ərazidə texnika və canlı qüvvənin işlədiyini deyib. Onun sözlərinə görə, Xınalıq kəndinə gedən yolun cəmi 10 km açılmamış hissəsi qalıb.
Bütün texnika və canlı qüvvə də məhz bu yolda işləyir.

Xınalıq kəndində Dövlət Sərhəd Xidmətinin eyni adlı zastavası var. Bu zastava əməkdaşlarının da artıq 6-cı gündür ki, rayon mərkəzi ilə əlaqəsi tamamilə kəsilib.

Quba Fövqəladə Hallar Komisiyyasının sədri Yusif Abidov rayonda bağlanmış yolların açılması üçün bütün istiqamətlərdə iş aparıldığını söyləyib.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə