Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Alıcıları aldadan satıcılar daha sərt cəzalandırılacaq
Alıcıları aldadan satıcılar daha sərt cəzalandırılacaq
06 Yanvar 2016 / 14:43 / Baxış sayı: 698
Font1 Font2 Font3 Font4

Azərbaycanda ticarət sahəsində alıcıların aldadılması ilə bağlı məsuliyyət yaradan şərtlərin sayı artırılır, yeni sərt cəzalar tətbiq edilir və eyni zamanda fiziki şəxslərin bu hal üzrə məsuliyyət daşıması müəyyənləşdirilir.

APA-nın məlumatına görə, bu, Milli Məclis tərəfindən yeni qəbul olunmuş İnzibati Xətalar Məcəlləsinin 446-cı (İstehlakçı hüquqlarının pozulması) maddəsində təsbit olunub.

Yeni maddəyə əsasən mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə, keyfiyyətinə dair istehlakçıların az miqdarda (az miqdar dedikdə, 40 manata qədər nəzərdə tutulur) aldadılması da məsuliyyət yaradacaq. Bütün bunlara görə fiziki şəxslər 350 manatdan 500 manata qədər, vəzifəli şəxslər 1500 manatdan 2 000 manata qədər, hüquqi şəxslər isə 4 000 manatdan 6 000 manata qədər cərimə olunacaqlar.

Hazırda qüvvədə olan məcəlləyə görə isə cəzalar yalnız vəzifəli və hüquqi şəxslər üçün nəzərdə tutulur ki, bu da müvafiq olaraq 1000 manatdan 1500 manata qədər, 4 000 manatdan 5 000 manata qədərdir.

Azərbaycan prezidenti tərəfindən təqdim olunmuş yeni İnzibati Xətalar Məcəlləsi dekabrın 29-da Milli Məclis tərəfindən qəbul olunub və 2016-cı il mayın 1-dən qüvvəyə minəcək.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə