Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Təcili: Obama İlham Əliyevi Vaşinqtona dəvət etdi
Təcili: Obama İlham Əliyevi Vaşinqtona dəvət etdi
06 Yanvar 2016 / 16:00 / Baxış sayı: 402
Font1 Font2 Font3 Font4

ABŞ prezidenti Barak Obama Azərbaycan prezidenti İlham Əliyevi Vaşinqtonda keçirilən dördüncü nüvə təhlükəsizliyi sammitinə dəvət edib. 

Virtualaz.org xəbər verir ki, bu barədə Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov özünün Twitter bloqunda yazıb. N.Məmmədov bildirib ki, 3 dekabr 2015-ci il tarixdə ABŞ Prezidenti Barak Obama Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib:

“Məktubda Prezident Obama Azərbaycan Prezidentini 2016-da Vaşinqtona IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət edib”. N.Məmmədovun sözlərinə görə, B.Obama öz məktubunda Azərbaycanın qlobal nüvə təhlükəsizliyi arxitekturasına qətiyyətli dəstək nümayiş etdirdiyini qeyd edib.

Nüvə təhlükəsizliyi sammiti aprelin 12-13-də keçiriləcək. Sammitə dünyanın 40-dan artıq ölkəsinin prezidentinin dəvət ediləcəyi gözlənilir. MDB ölkələrindən artıq Qazaxıstan prezidenti Nursultan Nazarbayevin sammitə dəvət aldığı məlumdur. ABŞ Milli Təhlükəsizlik Şurasının rəsmi nümayəndəsi Mayk Hammer deyib ki, sammitdə İran və Şimali Koreyanın nüvə proqramları ilə bağlı məsələlər müzakirə olunacaq.

Xatırladaq ki, 2010-cu ildə Vaşinqtonda keçirilən nüvə sammitinə Azərbaycan dəvət olunmamışdı. Bunun səbəbi Ermənistan-Türkiyə barışıq prosesinə dair Sürix protokollarına Bakının etirazı idi.

İndi ABŞ-la Azərbaycan arasında münasibətlər gərgindir və Helsinki komissiyasının həmsədri Kristofer Smitin Bakıya qarşı sərt sanksiyaları nəzərdə tutan qanun layihəsi Konqresin müzakirəsinə təqdim edilib. Sənədin gələn ay müzakirəyə çıxarılacağına dair xəbərlər var. Lakin göründüyü kimi Obama administrasyası Azərbaycanı itirmək istəmir və Vaşinqton sammitinə dəvət göndərməyi qərara alıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə