Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ziya Məmmədovdan alınan qurumda kütləvi ixtisar – 200 işçi qovuldu
Ziya Məmmədovdan alınan qurumda kütləvi ixtisar – 200 işçi qovuldu
06 Yanvar 2016 / 16:20 / Baxış sayı: 738
Font1 Font2 Font3 Font4

Dekabrın 28-də prezident İlham Əliyevin sərəncamı ilə Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılan “Azəryolservis” ASC-də bu gündən kütləvi ixtisarlara start verilib.

Qurumun yeni sədri Saleh Məmmədov təxminən 200-dən çox əməkdaşı çağıraraq onlara işdən azad olunmaları ilə bağlı ərizə yazdırıb. Bəzi işçilərə strukturu dəyişdirilən qurumda işə götürüləcəyi ilə bağlı vəd verilsə də, əksər əməkdaşlara isə işdən çıxarıldıqları deyilib. Qeyd olunur ki, Saleh Məmmədov özünə yeni komanda formalaşdırır.

“Azəryolservis” ASC ilə əlaqə saxlanıb. Qurumun mətbuat katibi Anar Nəcəfli məlumatı təsdiqləyib və bildirib ki, bütün kollektivə belə bir ərizə yazdırılıb: “Ərizə yazanlardan biri də mənəm. Amma burada məsələ belədir ki, “Azəryolservis” əvvəl Nəqliyyat Nazirliyinin tabeliyində idi. İndi isə Nazirlər Kabinetinin tərkibindədir. Buna görə də işçilər ərizə yazaraq Nəqliyyat Nazirliyindən çıxıb, “Azəryolservis”də işə götürülür”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə