Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

DSMF Xətai şöbəsində I qrup gözdən əlilə zülm veriblər
DSMF Xətai şöbəsində I qrup gözdən əlilə zülm veriblər
07 Yanvar 2016 / 11:11 / Baxış sayı: 1786
Font1 Font2 Font3 Font4

Həzi Aslanov metrostasiyası yaxınlığındakı saxta notarius hansı əməllərlə məşguldur?

I qrup gözdən əlil Şükürov Hikmət Mayis oğlu arxiv.bizimxeber.az-a müraciət edərək üzləşdiyi problemlə bağlı məlumat verib.

Şikayətçinin sözlərinə görə, 6 dəfə kəllə-beyin əməliyyatı keçirib və 2007-ci ildən kvota üzrə işləyir: “200 manat maaş alıram. Yeri gəlmişkən, məni bu işə Xətai rayon məşğulluq mərkəzi göndərib. Vergi Məcəlləsinin 102-ci maddəsinə əsasən vergidən azadam. 2014-cü ilin noyabr ayına qədər pensiyamı tam alırdım. Lakin həmin ilin dekabr ayinda pensiya tam verilmədi (100 manat azaldıldı).

DSMF-nun Xətai rayon şöbəsində çalışan sahə məsləhətçisi Şakir Qurbanov bildirdi ki, nazirlikdən siyahi gəlib və orada göstərilib ki, mənim adıma VÖEN var, və sən vergi ödəyicisi olduğuna görə pensiyanın sığorta hissəsi verilmir. Sonra isə mənə məsləhət gördü ki, yerli vergi departamentindən arayış gətirim… bir həftədən sonra (30.12.2014) mən vergi departamentindən qeydiyyatda olmamağım haqqında verilən arayışı təqdim etdim. Bu zaman həmin Şakir Qurbanov məni arxayın etdi ki, narahat olmayım, 90 faiz  pulum qaytarılacaq.

12 yanvar 2015-ci il tarixində evimə zəng vuruldu və özünü Nərgiz xanım kimi təqdim edən şəxs (pensiya təyinatı sektorunun müdiri) məndən əmək kitabçamı istədi və tez ona çatdırılmağını xahiş etdi. Mən həmin şəxsin kabinetində kitabçamı təqdim etdim. Bu zaman o bildirdi ki, “Əmək pensiyaları haqqında” qanunun 37.3.2. maddəsinə əsasən mənim pensiyam azaldılıb. Bu fərman 2006-cı ilin fevralında verilib.

Mənim “Bəs niyə 2014-cü ilin noyabrına qədər pensiyamı tam alırdım?” sulaıma cavabında isə məni gunahkar çıxartdı ki, sən vaxtında bizə yazıb bildirməmisən və biz də sənə 2007-ci ildən bu gunədək artıq pul ödəmişik. Bu qədər süründürməçilikdən sonra təqsirkar da mən oldum, və hələ bu azmış kimi, həmin Nərgiz xanım bildirdi ki, indiyə qədər verilən artıq pul səndən tutulacaq.

Hesabıma görə bu məbləğ hardasa 7000 manata yaxındır. Hesab edirəm ki, möhtərəm prezident İlham Əliyev cənablarının əlillərin sosial rifahının yaxşılaşdırılması barədə verdikləri tapşırıqlara məhəl qoymayan yerlərdəki məmurların bu cür özbaşınalığı yalnız təxribat kimi qiymətləndirilə bilər.

2015-ci ilin yanvar ayında Xətai Rayon İcra Hakimiyyətindən gəlmiş nümayəndənin iştirakı ilə mənim mələkəmlə əlaqədar komissiya təşkil olundu. Həmin iclasda mənə verilən artıq pulu qaytarmaq istəmədiyim təqdirdə məhkəməyə müraciət olunacağı bildirildi. Hədə-qorxu gələrək dilimdən izahat aldılar ki DSMF Xətai rayon əməkdaşlarına qarşı etirazım yoxdur.

Həmin izahatı yaxınlıqdakı Asan xidmətin notariusu təsdiq etmədi və müraciət etdiyimiz digər notariat kontoru da buna qol qoymadı. Nəhayət ertəsi gün məni evdən çıxarıb Həzi Aslanov metrostasiyası yaxınlığındakı öz tanış notariuslarına gətirdilər. Təsdiqetmə zamanı məni otaqdan çıxarıb küçədə gözləməyə vadar etdilər. Zənnimcə artıq şərhə ehtiyac yoxdur. Bütün bu mənə göstərilən təzyiq və zərbələrin nəticəsi olaraq 06.11.2015 tarixdə Neyrocərrahiyyə xəstəxanasında 8 saat davam edən ağır kəllə-beyin əməliyyatı keçirdim. Hal-hazırda isə yataq xəstəsi olaraq çarpayıdan qalxmağı belə bacarmıram. Əgər DSMF-nun yerlərdəki əməkdaşları əlillərin qayğısına belə qalırsa, təklif edirəm qürumun adından Sosial Müdafiə sözləri çıxarılsın”.

Şikayətçi DSMF Xətai rayon şöbəsi tərəfindən ona vurulan mənəvi və fiziki ziyanla əlaqədar 10.000 AZN məbləğində təzminat ödəmilməsini tələb edir.

arxiv.bizimxeber.az



DSMF Xətai şöbəsində I qrup gözdən əlilə zülm veriblər yazısına 1 şərh yazıldı




Yuxarı Geri Ana səhifə