Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakıda biznes ledinin başını öz qızı kəsib – ŞOK
Bakıda biznes ledinin başını öz qızı kəsib – ŞOK
07 Yanvar 2016 / 11:21 / Baxış sayı: 488
Font1 Font2 Font3 Font4

Hadisəni Məryəm Nemətzadənin qızı ilə yanaşı onun qohumları da törədib. Dekabrın 5-i günorta saatlarında paytaxt ərazisində 43 bıçaq zərbəsi vurularaq qətlə yetirilən “Jewellery” zinət əşyaları mağazasının sahibi Məryəm Nemətzadənin qatilləri məlum olub.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində qətli törədən şəxsin öldürülən qadının qızı Günel Hüseynova və onun bir neçə qohumu olduğu müəyyən edilib. Artıq Günel Hüseynova və onun qətlində iştirak edən qohumları saxlanılıb. Hələlik qətlin hansı məqsədlə törədildiyi araşdırılır.

İlkin ehtimala görə, ailə daxilində tez-tez pul üstündə mübahisə olub. Qətl hadisəsi iki gün əvvəl Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi, 17 ünvanında baş verib. Həmin mənzildə yaşayan 55 yaşlı Məryəm Nemətzadə bıçaqla qətlə yetirilib. Qadının meyiti başı kəsilmiş vəziyyətdə aşkarlanıb.

Məlumata görə, qətlə yetirilən qadın uzun müddət bahalı qızıl və zinət əşyalarının satışı və kirayəsi ilə məşğul olub. Onun müştəriləri arasında hətta tanınmış şou-biznes nümayəndələrinin də olduğu bildirilir. M.Nemətzadə Bakıdakı məşhur “Jewellery” zinət əşyaları mağazasının sahibi olub.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda 120.2.11-ci (quldurluq, hədə qorxu yolu ilə tələb etməklə qəsdən adamöldürmə), 181.3.3 (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurma) maddələri ilə cinayət işi açılıb. Hadisədən sonra M.Nemətzadənin qızı Günel Hüseynova izahatında evdən ona məxsus 30000 ABŞ dolları dəyərində qızıl əşyaların oğurlandığını bildirmişdi.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə