Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycanlı oliqarxın işində müəmma
Azərbaycanlı oliqarxın işində müəmma
07 Yanvar 2016 / 11:59 / Baxış sayı: 338
Font1 Font2 Font3 Font4

İki qurum da keçmiş deputatın həbsi məsələsindən xəbərsiz olduğunu deyir

“Beynəlxalq Bank işi”ndə adı hallanan sabiq deputat Dünyamin Xəlilovun saxlanılması ilə bağlı müammalı xəbərlər yayılıb. Məsələ ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətindən ANS PRESS-ə bildiriblər ki, Dünyamin Xəlilovun işi Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən aparılır.

DİN-in mətbuat xidmətindən isə Xəlilovun həbsi barədə heç bir məlumat olmadığı, işin Baş Prokurorluq tərəfindən aparıldığı deyilib.

Dünən bir sıra KİV-də “Globus Plaza”nın sahibi, sabiq deputat Dünyamin Xəlilovun saxlanılması ilə bağlı məlumatlar yayılıb. Bildirilir ki, bu günlərdə D. Xəlilov saxlanılaraq barəsində təkrar həbs-qətimkan tədbiri seçilib. “Bandotdel” bu ilin avqust ayında “Globus Plaza”da axtarış aparıb və şirkətin kassalarını möhürləyərək bağlayıb. İndi isə onun saxlanılmasının borcları ilə bağlı olduğu barədə məlumat yayılıb.

Dünyamin Xəlilov və bir neçə biznesmen bu ilin may ayında “Beynəlxalq Bank işi”nə görəhəbs ediliblər. Onların arasında “Avesta” konserninin rəhbəri Hacı İbrahim Nehrəmli, neft oliqarxı, “PNN Group”un təsisçisi, Azərbaycanda “KFC” restoranlar şəbəkəsinin qurucusu Nizami Piriyev, “Globus Plaza”nın sahibi, eks-deputat Dünyamin Xəlilov, “Azİmport” şirkətinin rəhbəri, Dövlət Bayrağı Meydanı İdarəsinin sabiq rəisi Rəşad Məmmədov kimi tanınmış şəxslər də vardı.

Həbs edilən şəxslər Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilib və onlar haqqında 4 aylıq həbs qətimkan tədbiri seçilib. Saxlanılan iş adamlarından 43-ü sonradan borcunu qaytardığına görə sərbəst buraxılmışdı.


Rəşad Məmmədov – Dövlət Bayraq Meydanı İdarəsinin həbsdə olan keçmiş rəisi

Sərbəst buraxılmış iş adamlarının indiyə qədər ödədikləri vaxtı keçmiş kredit borcunun ümumi miqdarı 110 milyon manat təşkil edir.

Biznesmenlərdən bəzilərinin həbs müddəti bitdiyi üçün onların dustaqlıq müddəti uzadılıb.

Hazırda Adil Hüseynov, Ratmir Bəkirov, Rəşad Məmmədov kimi biznesmenlər və Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyev həbsdədir.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə