Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Arvadını öldürüb qanını xəmirə qarışdırdı, sonra da pivə içməyə getdi
Arvadını öldürüb qanını xəmirə qarışdırdı, sonra da pivə içməyə getdi
07 Yanvar 2016 / 12:45 / Baxış sayı: 376
Font1 Font2 Font3 Font4

Araq pulu üstündə ailəsində mütəmadi olaraq qalmaqal salan ər, sonda həyat yoldaşını qətlə yetirib. Ana övladlarının gözü qarşısında amansızlıqla öldürülüb.

Xatırladaq ki, Füzuli rayonunda qətl hadisəsi baş verib. Hadisə rayonun Balabəhmənli kəndində qeydə alınıb. Ailə münaqişəsi zəminində kənd sakini, 37 yaşlı Gəncəvi Sadıqov həyat yoldaşı, 31 yaşlı Vüsalə Əsədovanı övladlarının gözü qarşısında qətlə yetirib.

Ailə üzvlərinin RegionTV-yə bildirdiklərinə görə, Gəncəvi Sadıqov spirtli içki aludəçisi olub. O, daim evdə yersiz münaqişələr törədib.

Uşaqların bildirdiyinə görə, hadisə günü o, evə gələrək yoldaşından araq almaq üçün pul istəyib. Xəmir yoğurduğu üçün bir az gözləməsini deyən Vüsalə qəflətən həyat yoldaşının təzyiq və təhqirləri ilə üzləşib. Gəncəvi əlinə götürdüyü bıçaqla həyat yoldaşının boğazına zərbə endirib. Bıçaqla həyat yoldaşına xəsarət yetirən Gəncəvi evdən çıxaraq qaçıb. Yaralı qadının köməyinə isə qızı gəlib. Lakin uşağın anasını qurtarmaq cəhdləri bir nəticə verməyib.

Qətli törətdikdən sonra kənddəki kafelərdən birinə gələn Gəncəvi pivə sifariş edib. Elə polislər də onu pivə içdiyi yerdə yaxalayıblar.

Qeydə alınan faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırmalar aparılır.

Virtualaz.org xatırladır ki, dünən yaylıan ilkin məlumatda ərlə arvadı arasında mübahisənin evdə istiliyin olmaması səbəbindən yarandığı bildirilirdi.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə