Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Öldürülən şeyxin qardaşı: “Obama edamın qarşısını ala bilərdi”
Öldürülən şeyxin qardaşı: “Obama edamın qarşısını ala bilərdi”
07 Yanvar 2016 / 12:51 / Baxış sayı: 228
Font1 Font2 Font3 Font4

“ABŞ prezidenti Barak Obama Səudiyyə Ərəbistanı kralı Salmanla dostluq münasibətlərindən istifadə edərək, bu edamın qarşısını ala bilərdi”.

“Report” bildirir ki, bunu Səudiyyə Ərəbistanı məhkəməsinin qərarı ilə edam olunan Baqir Nimr əl-Nimrin qardaşı, iş adamı Məhəmməd əl-Nimr Türkiyənin “Habertürk” televiziyasına müsahibəsində deyib. Məhəmməd əl-Nimrin sözlərinə görə, qardaşı edam olunmamışdan əvvəl ABŞ prezidenti Barak Obama ilə görüşüblər: “Ancaq onun administrasiyası nəticə əldə etmə ehtimalı az olan diplomatik yolla bu məsələni həll etməyə çalışdı. Buna insani münasibətlər çərçivəsində deyil, diplomatik yanaşdılar”, – deyə o söyləyib.

O, qardaşının edam edilməsindən və oğlunun da edam ediləcəyindən kədərləndiyini vurğulayıb. Məhəmməd əl-Nimr şiələrin çoxluq təşkil etdiyi Səudiyyə Ərəbistanının Qatif şəhərində nüfuzlu ailə olduqlarını söyləyib: “Buradakı əhalinin daxili savaşa çevrilə biləcək hərəkətlərinə mane oluruq. Sakinləri sakitləşməyə çağırırıq. Ölkəmizə hər hansı ziyanın dəyməsini istəmirik”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə