Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“”Azəryol Servis” ASC-nin sədri azyaşlı uşaqları ölümlə üz-üzə qoyub – ŞOK FOTOLAR
“”Azəryol Servis” ASC-nin sədri azyaşlı uşaqları ölümlə üz-üzə qoyub – ŞOK FOTOLAR
07 Yanvar 2016 / 13:31 / Baxış sayı: 1290
Font1 Font2 Font3 Font4

“”Azəryol Servis” ASC-nin sədri Saleh Məmmədovun qanunsuz hərəkətləri nəticəsində küllü miqdarda kompensasiyamız mənimsənilmiş, həyətyanı sahəmiz zəbt edilmiş, hamamımız sökülmüş ən əsası isə 5 nəfərlik ailə üzvülərimizin həyatı ciddi təhlükə qarşısındadır.”

Bunu redaksiyaya ünvanladığı şikayət məktubunda Ağdaş rayonu Əmirarx kənd sakini Həmidov Ruslan Oruc oğlu bildirir.

Vətəndaş bildirir ki,  -“Kürdəmir-Yevlax magistral yolunun asfalt örtüyünün yenilənməsi ilə əlaqədar Ağdaş rayon ərazisindən keçən hissəsi mənim qanunu evimin 34 sot həyətyanı sahəsinin 6 sotu plana düşdü. Buna görə mənə cəmi 5000 manat kompensasiya təklif olunduqda buna etiraz edib razı olmadım. Çünki həmin 6 sot həyətyanı torpaq sahəmin üzərində 85 ədəd bol məhsul verən meyvə ağacları və hamam var idi. Həmçinin bəzi qonşuların 6 sotdan az torpaq sahələrinə görə mənə veriləcək kompensasiyadan dəfələrlə çox kompensasiyanın verildiyini nəzərə alıb ailəliklə buna etiraz etdik. Fırıldaqçılıqla məşğul olub vətəndaşları aldadan “Azəryol Servis” ASC-nin sədri Saleh Məmmədovun sifarişi ilə məni 14 dekabr 2015-ci il tarixdə qanunsuz olaraq 15 gün inzibati qaydada həbs etdilər ki, guya mən yol çəkilişinin aparılmasına maneçilik yaratmışam. Ağdaş Rayon Polis Şöbəsinin Müvəqqəti Saxlama Yerində həbsdə olduğum zaman natarius ora gəlib mənə 5000 manat kompensasiyanın alınmasına razı olmağıma dair saxta sənədə imza etdirdi.

İmza etməyəcəyim təqdirdə ailəmi və azyaşlı uşaqlarımıda həbs edəcəkləri ilə hədələdilər. Bu bəlkədə Azərbaycan tarixində görünməmiş bir vəhşilik və özbaşınalıqdır ki, “Azəryol Servis” ASC-nin sədri Saleh Məmmədovun göstərişi ilə bunu etdilər. Gəlin baxın görün evim həyətyanı sahəm hansı vəziyyətdədir. Magistral yol evimin 4 metrliyindən keçir ki, bu hər an həyatımızı ciddi təhlükə qarşısında qoyub. 85 ədəd meyvə ağacımı kəsdilər, yeni inşa edilmiş. hamamımı sökdülər. Ağır tonajlı avtomobillərin hərəkətindən evim silkəlkənir , divarları çatlayıb ev tamamilə qəzalı vəziyyətdədir. Magistral yolun hündürlüyü evimin damı ilə bərabərdir. Himayəmdə üç azyaşlı uşağım var. Artıq uşaqlarım ev dustağı olublar həyətə çıxmağa qorxurlar. Ağır tonajlı maşınların hərəkəti silkələnmə və vahimə yaradır ki, bundan nəinki azyaşlı uşaqlar həttda böyük adamda qorxub həyacan keçirir. Hamamızı dağıtdılar deyə evdə yuyunmaq məcburiyyətində qalmışıq. Bu haqsızlığı, özbaşınalığı, vəhşiliyi Allahda götürməz ki, bütün bu müsibətləri “Azəryol Servis” ASC-nin rəhbəri Saleh Məmmədov və onun mafiyası bizim başımıza gətirdi. Diqqət yetirin bu talançıların qanunsuz hərəkətləri nəticəsində hər il qazanc götürdüyümüz 85 ədəd meyvə ağaclarımız( nar, heyva, xurma, gilas və sairə ağaclar) məhv edildi, hamamımız dağıdıldı, evimizin otaqlarının divarları çatlayıb qəzalı vəziyyətə düşdü. Ən əsası isə həyatımız ciddi təhlükə qarşısındadır. Hansı qanuna əsasən magistiral yol yaşayış evinin düz 4 metrliyindən salınıb ? Belə olduqda vətəndaşa düzgün kompensasiya verilməlidir ki, başqa yerdən ev alsın və ya inşa etdirib oradan köçsün.

Prezident cənab İlham Əliyevin bu vəhşiliklərdən, saxtakarlıqlardan xəbəri yoxdur. Dövlət buna görə pullar ayırıb göstərişlər verib. Ancaq korrupsiya əməlləri ilə məşğul olan “Azəryol Servis” ASC-nin sədri Saleh Məmmədov bizə düşəcək qanunu kompensasiyamızı saxtakarlıqla mənimsəyib bizə cüzi pul verməklə həm bizi, həm də Prtezidenti aldadır. Bu korrupsiyaya qurşanmış Saleh Məmmədovun özünü həbs edib cəzalandırmaq lazımdır ki, öz şəxsi maraqlarına görə dövlətlə vətəndaşı arasında inamsızlıq, nifrət yaratmağa çalışır. Vətəndaşları aldatmaqla saxtakarlıq yolu ilə dövlətin milyonlarla manat pulunu mənimsəyən “Azəryol Servis” ASC-nin harın sədri Saleh Məmmədov gəlsin bir gün viran qoyduğu mənim evimdə yaşasın görək bunu necə qəbul edər, yaşaya bilərmi ? Qətiyyən yaşaya bilməz, çünki korrupsiyaya qurşanmış belə bir harın məmurun haram pullarla əldə etdiyi möhtəşəm villalarının həyətində ki, it damıda belə deyil. Məni qanunsuz həbs etdirib hədə qorxu ilə 5000 manat kompensasiya almağıma dair saxta sənədə imza etdirsələrdə həmin pulu almadıq.

O pul qan pulu olub Saleh Məmmədova ağır bəlalar gətirsin. Dünyanın malı da Allahın bəlası da onun olsun.Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə müraciət edib xahiş edirəm; Cənab Prezident sizdən xahiş edirəm qərb bölgəsinə səfər edərkən Ağdaş rayonunun Əmirarx kənd ərazisində Kürdəmir-Yevlax magistral yolunun düz 4 metrliyində yerləşən Saleh Məmmədovun virana qoyduğu evimizə düşüb gözlərinizlə baxın görün burada insan yaşayarmı ? Sizdən xahiş edirəm bizə kömək edin kompensasiyamız düzgün verilsin və korrupsiyaya qurşanıb vətəndaşların haqqını yeyən Saleh Məmmədovun barəsində ciddi tədbirlər görəsiniz.”

Dünyanın malı da Allahın bəlası da onun olsun...ŞİKAYƏT MƏKTUBU

Dünyanın malı da Allahın bəlası da onun olsun...ŞİKAYƏT MƏKTUBU

Dünyanın malı da Allahın bəlası da onun olsun...ŞİKAYƏT MƏKTUBU

Dünyanın malı da Allahın bəlası da onun olsun...ŞİKAYƏT MƏKTUBU

Dünyanın malı da Allahın bəlası da onun olsun...ŞİKAYƏT MƏKTUBU

Dünyanın malı da Allahın bəlası da onun olsun...ŞİKAYƏT MƏKTUBU

Dünyanın malı da Allahın bəlası da onun olsun...ŞİKAYƏT MƏKTUBU



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə