Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycana maşın gətirilməsi qaydaları dəyişdi
Azərbaycana maşın gətirilməsi qaydaları dəyişdi
07 Yanvar 2016 / 15:21 / Baxış sayı: 690
Font1 Font2 Font3 Font4

Dövlət Gömrük Komitəsi qaydaları sadələşdirdi.

Sahibkarlara malların gömrük rəsmiləşdirilməsi üçün daha bir imkan yaradılıb. Dövlət Gömrük Komitəsi idxal olunan malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı növbəti yeniliyə imza atmışdır. 

Belə ki, gömrük rəsmiləşdirilməsinin daha çevik və şəffaf həyata keçirilməsi, həmçinin müxtəlif bürokratik əngəllərin və vaxt itkisinin aradan qaldırılması məqsədilə sahibkarlar artıq idxal etdikləri mallar və nəqliyyat vasitələri barədə qısa idxal bəyannaməsi təqdim etməklə beynəlxalq praktikada müsbət təcrübə kimi qəbul olunmuş ilkin bəyanetmə elektron xidmətindən yararlana biləcəklər.
Satış üçün gətirilən maşınlar

Bunu Dövlət Gömrük Komitəsinin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi İqbal Babayev bildirib.

Gömrük rəsmiləşdirilməsi ilə bağlı tətbiq olunan yeniliyə əsasən, artıq idxal-ixrac əməliyyatlarını həyata keçirən fiziki və hüquqi şəxslər mallar və nəqliyyat vasitələri gömrük sərhədini keçənədək gömrük orqanlarına qabaqcadan müvafiq olaraq qısa idxal və ya qısa ixrac bəyannaməsi təqdim etməklə gömrük orqanlarını apardıqları xarici iqtisadi fəaliyyət barədə məlumatlandıra bilərlər.

O, deyib ki, bu yenilik Gömrük Məcəlləsi və Nazirlər Kabinetinin “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında 22 iyul 2014-cü il tarixli qərarı ilə reqlamentləşdirilir. Sənəd Ümumdünya Gömrük Təşkilatı tərəfindən hazırlanmış “Gömrük XXI əsrdə” sənədi və Ümümdünya Ticarət Təşkliatı çərçivəsində yeni imzalanmış Ticarətin Asanlaşdırılması Sazişi müddəlarına cavab verməklə beynəlxalq praktikada gömrük rəsmiləşdirilməsinin asanlaşdırılması, gömrük orqanları tərəfindən risklərin təhlili, gömrük nəzarətinin daha çevik və effektiv aparılmasına xidmət edən təcrübə kimi qəbul edilir.

Təqdim olunan bu yeniliyin sahibkarlar üçün əsas üstünlüyü ondan ibarətdir ki, gömrük orqanları artıq idxal və ixrac olunan mallar barədə qabaqcadan məlumat əldə edəcəklər və bu da, ilk növbədə sərhəd buraxılış məntəqələrində həmin bəyan edilən mal və nəqliyyat vasitələrinin daha da surətli keçidi təmin olunmaqla yanaşı gömrük rəsmiləşdirilməsinin daha çevik və vaxt itkisi olmadan həyata keçiriləcək.

Bu xidmətdən yararlanmaq üçün sahibkarlar Dövlət Gömrük Komitəsi tərəfindən müəyyən olunmuş prosedura uyğun olaraq sadə qeydiyyat prosesindən keçməklə gömrük orqanlarının müəyyən etdiyi rəsmi informasiya sistemlərindən istifadə edə bilərlər.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə