Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Kreditə görə özünü yandıran direktor müavini öldü
Kreditə görə özünü yandıran direktor müavini öldü
07 Yanvar 2016 / 18:15 / Baxış sayı: 1588
Font1 Font2 Font3 Font4

Bu gün səhər saatlarında özünü yandıran Neftçala şəhər 4 saylı orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini, 63 yaşlı Novruzov Alik Mustafa oğlu bir saat əvvəl dünyasını dəyişib.

Rayondan arxiv.bizimxeber.az-a verilən məlumata görə, direktor müavini agır yanıq xəsarətləri ilə Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmişdi. Məlumatda qeyd olunur ki, Bakıdan rayona ezam olunan həkim briqadası belə onun həyatını xilas edə bilməyib.  Alik Novruzovun bütün baş nahiyəsi yanıbmış.

Məlumat üçün bildirək ki, təsərrüfat müdirinin ayrı-ayrı banklara 7 min manata yaxın borcu olub. Amma o, maddi imkansızlıqdan bu kreditləri qaytara bilmirmiş. Nəticədə borclu olduğu bank onu məhkəməyə veribmiş. Çıxış yolunu intiharda görən Alik Mustafayev məktəbin qazanxanasında üzərinə benzin tökərək özünü yandırıb.

Faktla bağlı Neftçala Rayon Prokurorluğunda cinayət işi qaldırlıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə