Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Qətlə yetirilən direktorun evi darmadağın edilib -YENİLƏNİB
Qətlə yetirilən direktorun evi darmadağın edilib -YENİLƏNİB
08 Yanvar 2016 / 16:19 / Baxış sayı: 408
Font1 Font2 Font3 Font4

Bu barədə onun oğlu Pənah Bağırov açıqlama verib 

Taxıl Kombinatının direktoru Qalib Bağırov yaşadığı bağ evində öldürülüb. Bu barədə APA-ya açıqlamasında mərhumun oğlu Pənah Bağırov bildirib.

O qeyd edib ki, atası evdə tək yaşayıb: “Atam bağ evində tək yaşayırdı. Hadisənin kimin tərəfindən və hansı məqsədlə törədildiyini bilmirik. Hadisəni törədən şəxslər evin altını-üstünə çeviriblər. Hazırda evdə polis və prokurorluq əməkdaşları araşdırma aparır. Evə heç bizi də buraxmırlar. Polis əməkdaşları mənim də izahatım alıb. Ümid edirik ki, qətli törədən şəxslər tezliklə tapılacaq”.

Qeyd edək ki, hadisə bu gün Hövsan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1963-cü il təvəllüdlü Qalib Afil oğlu Bağırov yaşadığı evdə qətlə yetirilib. Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

**13:55

Bakıda daha bir qətl törədilib. Hadisə Hövsan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Qalib Bağırov yaşadığı evdə qətlə yetirilib. Hüquq-mühafizə orqanlarından APA-ya bildirilib ki, qətlə yetirilən Taxıl Kombinatının direktorudur. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları çıxıb. Hazırda hadisə yerində araşdırmalar davam etdirilir.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə