Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İcra başçısı bələdiyyə sədrindən 50 min manat rüşvət alır? – ŞOK İDDİA
İcra başçısı bələdiyyə sədrindən 50 min manat rüşvət alır? – ŞOK İDDİA
08 Yanvar 2016 / 17:16 / Baxış sayı: 824
Font1 Font2 Font3 Font4

Binəqədinin icra başçısı Xaləddin İsgəndərovla bağlı daha bir xəbər yayılıb. Qaynar.info xəbər verir ki, icra başçısı Biləcəri bələdiyyəsinin sədri Hikmət Quliyevdən hər il 50 min manat haqq alır.

İddiaya görə, Hikmət Quliyev Xaləddin İsgəndərovun istəyi ilə Biləcəri bələdiyyəsinə sədr təyin edilib. Bunun qarşılığında isə icra başçısı hər il ona 50 min manat haqq verməyi tapşırıb.
Təbbi ki, Hikmət Quliyev bu pulu Xaləddin İsgəndərova öz cibindən vermir və bələdiyyənin hesabına qazanır. İddia olunur ki, bələdiyyə sədri qəsəbə sakinlərinə qənim kəsilib. O, hətta keçmiş sədr dövründə sakinlərə satılmış qanuni torpaq sahələrinə görə yenidən haqq tələb edir. Özü də nə az, nə çox, düz 5 min manat. Verməyənlər, etiraz edənlər isə bələdiyyə işçiləri tərəfindən polislə hədələnir.
Xaləddin İsgəndərov-Hikmət Quliyev işbirliyi ilə bağlı başqa bir xəbər də var. İddiaya görə, Hikmət Quliyev icra başçısının birinci müavini İlqar Süleymanovun yerinə göz dikib. Xaləddin İsgəndərov da onun “işgüzarlığını” bəyənərək bu posta layiq olduğunu bildirir. Bir sözlə, yaxın vaxtlarda Hikmət Quliyevin icra başçısının müavini təyin edilməsi məsələsi gündəmə gələ bilər. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə