Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

ABŞ terrorla mübarizə üçün yeni qurum yaradır
ABŞ terrorla mübarizə üçün yeni qurum yaradır
09 Yanvar 2016 / 12:46 / Baxış sayı: 138
Font1 Font2 Font3 Font4

Ağ Ev İŞİD qruplaşmasının və digər ekstremist qrupların təbliğatına qarşı mübarizə aparmaq üçün yeni planını açıqlayıb.

“Reuters”in verdiyi məlumata görə, ekstremizmə qarşı müqavimət göstərmək üçün ölkə daxilində və sərhədlərdən kənarda yeni bölmələr yaradılacaq. Əsas diqqət qruplaşmaların internetdəki təbliğatlarına yönələcək. Daxili İşlər Departamenti və Ədliyyə Nazirliyi ABŞ-ın terrorizmlə mübarizəsini gücləndirmək üçün yeni işçi qrupları yaradacaq.

Dövlət Departamenti isə bu məsələ ilə beynəlxalq səviyyədə məşğul olacaq. Bu məqsədlə qarşılıqlı fəaliyyət üzrə qlobal mərkəzin yaradılması planlaşdırılır. Mərkəz xaricdəki tərəfdaşlarla, hökumət və qeyri-hökumət təşkilatları ilə işləyəcək.

“The Washington Post”un məlumatına görə, Obama administrasiyasının rəsmiləri Kaliforniya ştatındakı “Silikon vadisi”ndə “Apple”, “Facebook”, “Twitter” və digər şirkətlərin rəhbərləri ilə görüşəcək.(APA)



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə