Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakıda “exchange”lər dollar satışını məhdudlaşdırdı
Bakıda “exchange”lər dollar satışını məhdudlaşdırdı
09 Yanvar 2016 / 12:47 / Baxış sayı: 314
Font1 Font2 Font3 Font4

“Report” agentliyinin analitik qrupunun bu gün Bakı şəhərinin 28 May küçəsində yerləşən valyutadəyişmə məntəqələri üzrə saat 12:00 radələrində apardığı monitorinq nəticəsində nağd ABŞ dollarının alış-satış məzənnəsinin kəskin azaldığı qeydə alınıb. Əksər “exchange”lərdə 1 ABŞ dollarının alışı 1,55-1,56 manat, satışı isə ən yaxşı halda 1,6260 manata aparılır.

Qeyd edək ki, dünən bəzi paytaxt valyutadəyişmə məntəqələrində dolların alış-satış məzənnələri 1,83-1,87 AZN/USD-yə qədər yüksəlmişdir. Lakin Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta mübadiləsi əməliyyatları üçün yenidən marja (+/- 4%) tətbiq etməsi “exchange”lərin məzənnə siyasətini xeyli məhdudlaşdırıb.

Buna baxmayaraq, hazırda valyutadəyişmə məntəqələrinin əksəriyyəti tam bağlıdır, bəzilərində əməliyyat ümumiyyətlə aparılmır, real işləyən “exchange”lər isə nağd dolların satışını adambaşı 200-300 dollarla məhdudlaşdırıb. Bu səbəbdən həmin məntəqələrin qarşısında növbə yaranıb.

Qeyd edək ki, AMB-nin yanvarın 7-11-nə rəsmi məzənnəsi – 1,5642 AZN/USD-dir. Yəni, bu günlərdə “exchange”lərdə dolların alış məzənnəsi minimum 1,5016 AZN/USD, satış məzənnəsi isə maksimum 1,6268 AZN/USD ola bilər.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə