Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Prezident: Azərbaycan Pakistandan JF-17 qırıcıları alır
Prezident: Azərbaycan Pakistandan JF-17 qırıcıları alır
09 Yanvar 2016 / 13:00 / Baxış sayı: 240
Font1 Font2 Font3 Font4

Azərbaycan Pakistandan JF-17 Thunder qırıcılarını almaq üçün danışıqlar aparır.

Virtualaz.org xəbər verir ki, bu haqda Pakistan prezidenti Məmnun Hüseyn ötən ilin sonlarında Bakıya etdiyi səfərin yekunları ilə bağlı danışarkən bildirib. 

“Azərbaycan və Nigeriya Pakistan hərbi sənayesinin məhsullarnı, o cümlədən modernləşdirilmiş JF-17 qırıcılarını almağa maraq göstərir”-prezident Hüseyn bildirib.

Məmnun Hüseyn deyib ki, qırıcıların satışına dair sövdələşmə tezliklə əldə ediləcək. “Azərbaycan tezliklə Pakistan hərbi sənayesinin məhsullarının alıcısına çevriləcək”-prezident Ravalpindi Ticarət-Sənaye Palatasının nümayəndələri ilə görüşündə bildirib.

JF-17 Thunder qırıcı-bombardmançı təyyarələri Pakistan-Çin birgə istehsalıdır. Təyyarənin Çin versiyası FC-1 Xiaolong adlanır. Bu təyyarələri 90-cı illərin sonlarında, 2000-ci illərin əvvəllərində Çinin “Chengdu Aircraft Corporation” şirkəti Pakistanın maliyyə dəstəyi ilə işləyib hazırlayıb. İlk sınaq uçuşlarına 2003-cü ildə başlayıb. Təyyarənin ekipajı 1 pilotdan ibarətdir, uzunluğu 15 metr, qanadlarının eni 9.46 metr, hündürlüyü 4.77 metrdir. Boş halda çəkisi 6411 kiloqramdır.

Maksimal sürəti 1910 kilometrə çatır, Yerdən 16.7 km hündürlüyə qalxa bilir, praktik uçuş hündürlüyü isə 15.24 km-dir. Təyyarə 23 millimetrlik avtomatik topla, “hava-yer” və “hava-hava” tipli raketlərlə, habelə idarəolunan bombalarla təchiz edilib. Bir reyddə 4 bomba daşıya bilir.  Habelə idarəlunmayan 57 və ya 90 mm-lik raketər daşıyır.

Azərbaycan Pakistandan bu təyyarələri almağa hələ bir neçə il əvvəl maraq göstərirdi. Bu haqda xarici mənbələrdə məlumatlar yayılmışdı. İndi isə belə görünür ki, danışıqlar son mərhələdədir və bu təyyarələrin alınması Azərbaycanın Hərbi Hava Qüvvələrinin imkanlarını xeyli gücləndirəcək.

Fərhad Məmmədov

Virtualaz.org



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə