Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakıda maşın yandı – VİDEO
Bakıda maşın yandı – VİDEO
09 Yanvar 2016 / 13:26 / Baxış sayı: 102
Font1 Font2 Font3 Font4

Yanan avtomaşın qısa zamanda söndürülüb. Bakının Nəsimi rayonunda avtomobildə yanğın baş verib. Yanğın kadrları hətta ətrafdakı sürücülər tərəfindən də həvəskar şəkildə çəkilib. Müəyyən edilib ki, “Ford Tranzit” markalı kiçiktutumlu yük maşını Cavadxan küçəsi ilə metronun Nəsimi stansiyası istiqamətində hərəkət edib. 

Ancaq həmin yolun Mirmahmud Kazımovski küçəsi ilə kəsişdiyi yolayrıcına çatdıqda avtomobil qəfildən alışmağa başlayıb. Bunu görən sürücü özünü avtomobildən bayıra atıb. Hərəkətdə olan nəqliyyat vasitəsini isə ətrafda olan şəxslər yola daş maneələr ataraq saxlaya bilib. Yanğın o qədər güclü olub ki, bir neçə dəfə partlayış da müşahidə edilib.
Bundan sonra hadisə yerinə FHN-in yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. Yanan avtomaşın qısa zamanda söndürülüb. Hadisə nəticəsində soyuducu funksiyası daşıyan yük maşınına ciddi ziyan dəyib. Xəbərə görə, sürücü özü də yanıq xəsarətləri alıb.
Yaralı Təcili Tibbi Yardım maşını ilə xəstəxanaya çatdırılıb. Hazırda vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Hadisənin səbəbləri araşdırılır. İlkin ehtimal kimi avtomobilin elektrik sistemində yaranmış qısaqapanma göstərilir.
arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə