Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Sumqayıtın mərkəzində 170 obyekt sökülür – Sahibkarlar etiraz edir
Sumqayıtın mərkəzində 170 obyekt sökülür – Sahibkarlar etiraz edir
09 Yanvar 2016 / 13:52 / Baxış sayı: 352
Font1 Font2 Font3 Font4

Sumqayıt İcra Hakimiyyəti şəhərin mərkəzində, Sülh küçəsində söküntüyə qərar verilib. Burada fəaliyyət göstərən ticarət və iaşə obyektlərini sökməyə başlayıb. Bu küçədə 170 ticarət və iaşə obyekti var və onlar uzun illərdi ki, burada fəaliyyət göstərir. 

Artıq ən iri ticarət mərkəzlərindən olan “Ən ucuz market”in boşaldılmasına başlanılıb. Marketin sahibi Vüqar Qələndərov əməkdaşımıza bildirib ki, obyektinin bütün lazımı sənədləri qaydasındadır və tam qanuni fəaliyyət göstəririrlər. Bununla belə obyektini sökürlər.

Obyektlərinin sökülməsini sahibkarlar etirazla qarşılayır. Onlar baş verənlərlə bağlı Prezident Administrasiyasının qarşısında toplaşmaq istəyirlər. Sahibkarların bildirdiyinə görə, İcra Hakimiyyətindən obyektlərin niyə söküldüyü haqda onlara heç bir izahat verilmir.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə