Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ucarda bahalaşmaya görə etiraz aksiyası başladı – FOTOLAR
Ucarda bahalaşmaya görə etiraz aksiyası başladı – FOTOLAR
10 Yanvar 2016 / 15:30 / Baxış sayı: 698
Font1 Font2 Font3 Font4
Problem özünü regionlarda daha qabarıq şəkildə göstərir. İllərdir ki, bir soyadın – Məmmədovların feodal qaydaları ilə idarə etdikləri Ucarda bir saat öncə əhalinin rayonun mərkəzi bazarının ətrafında etiraz aksiyası keçirilib.
Conflict.az-a hadisə yerində olan mənbənin verdiyi məlumata görə xəbərdarlıqsız, ani olaraq başlayan aksiyanın dağıdılması üçün göndərilən rayon polis idarəsinin əməkdaşları öncə çaşqın vəziyyətdə aksiya iştirakçılarını müşahidə ediblər.
UCARDA XALQ AYAĞA QALXDIRayon İcra Hakimiyyətinin bir neçə rəsmisinin hadisə yerinə gəlişindən sonra isə kütləni dağıtmaqda zorluq çəkən polis nəfərləri aksiya iştirakçılarından bir neçəsini saxlayaraq, polis idarəsinə aparıblar. Məlumatı verən mənbə bildirir ki, əhali bahalığa etiraz əlaməti olaraq kütləvi şəkildə rayon mərkəzi bazarına girməyə şalışsa da, polis izdihamın hərəkətinə mane ola bilib.Mənbə onu da qeyd etdi ki, rayon rəhbərliyi hələ də sakitləşməyən kütlənin qarşına çıxmaqdan ehtiyat edir.

Redaksiya yazıda adı çəkilən qurum və ya şəxslərin də mövqeyini dərc etməyə hazırdır.

Mövzunu diqqətdə saxlayacağıq.

 

arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə