Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

ABŞ və İran donanması üz-üzə gəldi (VİDEO)
ABŞ və İran donanması üz-üzə gəldi (VİDEO)
10 Yanvar 2016 / 15:54 / Baxış sayı: 314
Font1 Font2 Font3 Font4

Hər iki dövlət bir-birini ittiham edir. Amerika Birləşmiş Ştatları (ABŞ) ona məxsus hərbi gəmiləri yaxınlığında İranın təlim keçirməsi barədə video görüntü yayıb. Sözügedən videoçarxda dekabrın 26-da İranın, Hörmüz boğazında bilavasitə ABŞ-ın Hərbi Dəmiz Qüvvələrinə məxsus hərbi gəmilərin yaxınlığında hərbi təlimlər həyata keçirdiyi məlum olub.

ABŞ tərəfi bəyan edib ki, İranın hərbi gəmiləri hətta ABŞ hərbi gəmiləri və Fransa ticarət gəmisi yaxınlığına bir neçə raket də atıb.

Birləşmiş Ştatların “Military Time” nəşri isə atəş həyata keçirilən gəmilərin miqyasına diqqət çəkərək bildirib ki, bu hərbi gəmilər miqyasına görə, “Harry S Truman” gəmilərinə bənzəyir.


Hörmüz boğazı (qara dairə ilə işarələnib)

“USA Today” nəşrinin ABŞ Mərkəzi komandanlığına istinadən verdiyi məlumata görə, təlimlərə təxminən 20 dəqiqə qalmış radiorabitə vasitəsilə məlumat çatdırılıb.

Bununla belə ABŞ HDQ-nin nümayəndəsi Kevin Stivens bu cür addımı “qorxulu, qeyri-peşəkar və qaydalarına uyğun olmayan hərəkətlər adlandırıb”. O, həmçinin qeyd edib ki, belə hallar naviqasiyanın təhlükəsizliyini təmin etmək cəhdlərinə mane ola bilər.

İran isə öz növbəsində həmin vaxt Hörmüz boğazında raket təlimi keçirməsi barədə məlumatları təkzib edib və bildirib ki, həmin atışları Amerika özü həyata keçirib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə