Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İlham Əliyevdən əmək haqlarının qaldırılması ilə bağlı tapşırıq
İlham Əliyevdən əmək haqlarının qaldırılması ilə bağlı tapşırıq
10 Yanvar 2016 / 16:50 / Baxış sayı: 704
Font1 Font2 Font3 Font4

Hökumətə bununla bağlı təkliflər hazırlamaq göstərişi verilib

Azərbaycan prezidenti İlham Əliyev 2016-cı ildə pensiya və əmək haqlarının qaldırılması ilə bağlı hökumətə təkliflər hazırlamaq tapşırığı verib. “Report” xəbər verir ki, prezident bu barədə tapşırığı yanvarın 10-da Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında verib.

Prezident İlham Əliyev manatın məzənnəsindən danışarkən qeyd edib ki, son vaxtlar müşahidə olunan qiymət artımı yerli məhsullara şamil edilməməlidir. Dövlət başçısı kənd təsərrüfatında islahatların genişləndirilməsi, meliorasiya tədbirlərinin davam etdirilməsi, əhalinin su, qaz və elektrik enerjisi ilə təchizatının daha da yaxşılaşdırılması, regionlarda sənaye zonalarının yaradılmasının sürətləndirilməsi, dotasiya ilə yaşayan rayonların iqtisadi səmərəliliyinin artırılması ilə bağlı da tapşırıqlar verib və görülən işlərlə əlaqədar hər rüb məlumat verilməsi ilə bağlı rayon icra başçıları qarşısında tələb qoyub.

 

2016-cı ildə struktur islahatlarının aparılacağını, çevik idarəetmə mexanizmlərinin yaradılacağını və bununla bağlı yaxın vaxtlarda addımların atılacağını deyən prezident İlham Əliyev informasiya-kommunikasiya texnologiyalarının inkişafı və bu sektorda şəffaflığın təmin edilməsinin vacibliyindən danışıb, turizm və nəqliyyat sektorunun inkişafının diqqət mərkəzində saxlanılacağını deyib.

 

Dövlət başçısı nəqliyyat dəhlizlərinin səmərəli işləməsi ilə bağlı tədbirlərin görülməsinin əhəmiyyətinə toxunaraq deyib ki, tranzit yüklərin Azərbaycan ərazisindən daşınması üçün Koordinasiya Şurası yaradılıb və artıq Azərbaycan, Gürcüstan, Türkiyə bu dəhlizdə vahid tarif siyasəti yürüdür. Türkiyə-Rusiya münasibətlərinin kəskinləşməsindən sonra isə Türkiyəyə məxsus tırların Orta Asiyaya gedişini asanlaşdırmaq üçün Azərbaycan öz imkanlarını işə salıb.

 

Bununla yanaşı, prezident İlham Əliyev tikinti sahəsində açıq tenderlərin keçirilməsi, bu sahədə də şəffaflığın təmin olunması, üstünlüyün daha çox yerli şirkətlərə verilməsi, paytaxt nəqliyyatının vahid sistemə keçidinin sürətləndirilməsi, ekoloji məsələlərin həlli, yeni “ASAN xidmət” mərkəzlərinin açılması və ona yeni səlahiyyətlərin verilməsi ilə bağlı tapşırıqlar verib.

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə