Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Əri və oğlu dollarla kredit götürən evdar qadın yoxa çıxıb
Əri və oğlu dollarla kredit götürən evdar qadın yoxa çıxıb
11 Yanvar 2016 / 11:37 / Baxış sayı: 420
Font1 Font2 Font3 Font4

Yeni ilin ilk günü Neftçala şəhəri S.Vurğun küçəsi 7 saylı evdə yaşayan 51 yaşlı evdar qadın Xoşbəxt Nurəddin qızı İmanova itkin düşüb.

Qohumlarının virtualaz.org saytının Şirvan bürosuna verdikləri məlumata görə, qadının həyat yoldaşı Fəxrəddin və oğlu Vüqar traktorçudurlar , “K-700” markalı traktorları ilə yerli təsərrüfatlarda muzdla işləyirlər. Vüqar bir müddət əvvəl “ Finka-Bank”ın Neftçaladakı filialından 3500 dollar və 3500 AZN kredit götürübmüş ki, traktorlarına ehtiyat hissələri alıb təmir etsinlər. Onlar krediti götürdükdən 10 gün sonra manat ucuzlaşdığından kredit borcları da qəfil artıb. Bu, ailəsinin qayğısına qalan qadına çox pis təsir edibmiş. Tez-tez təəssüflənirmiş ki, “Vüqar nahaq bu krediti götürdü, indi qışın bu günündə traktora tarla işi olmadığı üçün qazancı da olmayacaq ki, krediti ödəsin, bu azmış kimi, borcu da yarıbayarı artdı”.

Ailəsi ilə onlarla birgə yaşayan oğlu Vüqarın kredit borcu üçün darıxan ananın son vaxtlar çox fikirli olduğu və darıxdığı deyilir. Həyat yoldaşı Fəxrəddinin ona darıxmamağı tövsiyə etməsi, işləyib krediti ödəyə biləcəyini deməsi də nəticəsiz qalıbmış.

Yanvarın 1-də isə Xoşbəxt İmanova səhər saat 6-7 radələrində ailə üzvləri yuxuda olarkən gündəlik geydiyi paltarda evdən çıxıb və bir daha geri qayıtmayıb. Artıq 10 gündən çoxdur ki, ondan bir xəbər yoxdur. Elə həmin gün də bu barədə Neftçala Rayon Polis Şöbəsinə ərizə ilə müraciət olunub. Qohumları onun intihar edə biləcəyini düşünərək evlərinin yanında yerləşən, Qobu adlanan su hövzəsində və Kür çayında da dəfələrlə axtarış aprıblar. Amma bir nəticə hasil olmayıb.

Axtarışla bağlı hər hansı xəbər almaq üçün müraciət etdiyimiz Neftçala Rayon Polis Şöbəsinin növbətçi hissəsindən isə bildirdilər ki, informasiya verməyə ixtiyrları yoxdur, bu barədə yalnız DİN-in mətbuat xidmətindən məlumat ala bilərik.

Yeri gəlmişkən, hadisə ilə bağlı fikrini öyrəndiyimiz Neftçala sakinləri bildirdilər ki, bu ailə normal ailədir, dolanışıqları da pis olmayıb…

İtkin düşmüş Xoşbəxt İmanovanın yaxınları isə onun tapılaması üçün bu elanı verməyimizi xahiş etdilər:

İmanova Xoşbəxt Nurəddin qızı, 02.04.1965-ci il doğumlu 01.01.2016-ci il tarıxdə səhər saat 06-07 radələrində evdən çıxıb, bir daha geri qayıtmayıb. Evdən çıxarkən əynində boz rəngli yaşıl xətli ev xələti, ayağında yüngül ev ayaqqabısı, başında yaşıl güllü şal olub. Boyu 162 sm, arıq bədənli, saşları yarı ağ, yarı qara. Əlaqə nömrələri; 02126 3 37 49 mob: 070 206 00 47, 070 737 30 97 , 070 254 69 44 Hər hansı məlumat verən olsa, yaxınları qarşılığında pul mükafatı da verməyə razıdırlar.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə