Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Vasif Talıbovun həyat qoldaşının vəziyyəti pisləşdi, təyyarə ilə Türkiyəyə aparıldı
Vasif Talıbovun həyat qoldaşının vəziyyəti pisləşdi, təyyarə ilə Türkiyəyə aparıldı
11 Yanvar 2016 / 12:07 / Baxış sayı: 756
Font1 Font2 Font3 Font4

Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun xanımı Sevil Talıbovun səhhəti kəskin pisləşib və Türkiyədən göndərilən təcili yardım təyyarəsi ilə bu ölkəyə aparılıb. Virtualaz.org xəbər verir ki, bu haqda “Milliyət” qəzeti yazıb.

Qəzetin yazdığına görə şəkərli diabet xəstəsi olan 55 yaşlı Sevil Talıbova qripə yoluxub və vəziyyəti ağırlaşandan sonra “donuz qripi” şübhəsi ilə Naxçıvandakı xəstəxanaya yerləşdirilib. Lakin onun vəziyyəti daha da ağırlaşıb və Naxçıvan rəsmiləri Ankara ilə əlaqə yaradaraq Türkiyənin Səhiyyə Nazirliyindən yardım istəyib.

Bu yardım xahişindən sonra Türkiyənin Səhiyyə Nazirliyinin təcili yardım xidmətləri rəhbəri doktor Selçuk Gedik Ankara Universitetinin Ürək və Damar Cərrahiyəsi elmi-tədqiqat mərkəzinin rəhbəri Rüçhan Akarla əlaqə yaradıb. Ondan xəstəyə yardım edib edə bilməyəcəyini soruşub. Akar müsbət cavab verib və xəstənin İbn Sina xəstəxanasına gətirilərək müalicə edilməsi üçün hazırlıqlar başlayıb.

Yanvarın 10-na keçən gecə Rüçhan Akar, xəstəxananın həkimi Serkan Durdu və digər tibb persnalı ilə təcili Naxçıvana uçub. Telefonla alınan məlumatlar əsasında xəstənin təcili transferi üçün lazım olan avadanlıqlar və heyət də Naxçıvana gətirilib.

Oraa Sevil Talıbovanın azərbaycanlı həkimindən ətraflı məlumat alan türkiyəli tibb heyəti xəstədə kəskin ağ ciyər çatışmamazlığı qeydə alıb. Xəstə süni tənəffüs aparatına qoşulsa da vəziyyəti ağırlaşmaqda davam edib.

Türkiyəli heyət xəstənin təcili İbn Sina xəstəxanasına transferi üçün bütün gecə hazırlıqla aparıb. Xəstə əvvəlcə ECMO adlı orqanizmdən xaric yaşam dəstəyi cihazına qoşulub, onun bütün bədən parametrləri normal həddə gətirilib. Daha sonra Talıbova təyyarəyə mindilib və yanvarın 10-da səhər saatlarında Ankaraya çatdırılıb.

Xəstənin ardınca Vasif Talıbov və ailə üzvləri başqa təyyarə ilə Ankaraya gediblər.  Məsul şəxslər Xəstənin İbn Sina xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirildiyi, vəziyyətinin qismən normallaşdığını, ancaq xəstəxanadan nə vaxt çıxacağının bilinmədiyini deyiblər. Həkimlərin bildirdiyinə görə, xəstə ECMO cihazına qoşuludur və bu cihazdan bir-iki həftə sonra ayrılması mümkün olacaq. Talıbova ECMO cihazına qoşulu vəziyyətdə Türkiyəyə gətirilən ilk xəstə olub.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə