Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Sumqayıt prokurorluğu tələbənin intiharı ilə bağlı cinayət işi açdı
Sumqayıt prokurorluğu tələbənin intiharı ilə bağlı cinayət işi açdı
11 Yanvar 2016 / 15:53 / Baxış sayı: 528
Font1 Font2 Font3 Font4

Rumiyyə Qasımovanın intihar faktı ilə bağlı cinayət işi başlayıb. Sumqayıt Şəhər Prokurorluğundan Trend-ə verilən məlumata görə, intihar faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Xatırladaq ki, Sumqayıt şəhər sakini, Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin 1-ci kurs tələbəsi R.Qasımovanın üzərində zorakılıq əlamətləri olmayan meyiti yanvarın 10-da şəhər ərazisindəki dəniz sahilində tapılıb.

İntiharın səbəbləri ilə bağlı daha öncə Sumqayıt Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Nazxanım Cəlilli bildirib ki, R.Qasımovanın imtahan kəsiri ilə bağlı intihar etməsi həqiqətdən uzaq görünür: “Yanvarın 9-da “Ana dili” fənnindən keçirilən imtahanda Rumiyyə Qasımova ən aşağı – 12 bal toplayıb: “Lakin bu, hələ son demək deyildi.

Belə ki, o, yenidən Alt qrupda imtahan verə bilərdi. Aşağı qiymət alması ilə bağlı o, universitet rəhbərliyinə hər hansı narazılığını bildirməyib. Tələbə yoldaşları onun ümumilikdə aşağı göstərici göstərdiyi üçün valideynləri tərəfindən tənbeh olunacağından qorxduğunu bildiriblər. Çox güman ki, səbəblər ailədaxili münasibətlərlə bağlıdır”.

Faktla bağlı araşdırma aparılır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə