Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Aydın Hüseynov və “qara kassa…”
Aydın Hüseynov və “qara kassa…”
11 Yanvar 2016 / 16:10 / Baxış sayı: 606
Font1 Font2 Font3 Font4

Vəzifəyə yeni təyin olunan şəxslə yaxınlaşmaqla özünə daha təminatlı gələcək qurmaq arzusunda olan məmurların sayı azalmaq əvəzinə getdikcə artır. Bunlar vəzifələrini qorumaq, “tortdan” daha böyük hissə götürə bilmək üçün hətta öz dostluq, yoldaşlıq, sadiqlik prinsiplərinin də üzərindən bir anda xətt çəkməyə hazırdırlar. Bu qəbildən olan məmurlardan bri də Maliyyə Nazirliyinin Səbail rayonu üzrə Xəzinədarlıq İdarəsinin rəisi, hakim Yeni Azərbaycan partiyasının Qaradağ təşkilatının sədri olan Aydın Hüseynovdur.

arxiv.bizimxeber.az-a daxil olan məlumata görə, 11 saylı Qaradağ Seçki Dairəsindən deputat olmuş və qalmaqallı seçimlə yadda qalan Aydın Hüseynov əvvəllər icra hakimiyyətinin başısı Süleyman Mikayılovun əsas kadrlarından biri hesab edilib. İcra başçısının onun deputat seçilməsində xüsus rolu və fəaliyyətinin olduğu da daxil olan məlumatlar arasındadır.
Lakin Eldar Əzizovun Sumqayıtdan sonra Səbael rayonuna icra başçısı təyin olunması Maliyyə Nazirliyinin bu vəzifəli şəxsinin də yolunu məhz həmişə olduğu kimi Qaradağdan yox, Səbaeldən salmasına səbəb olub. Eldar Əzizov icra başçısı təyin edildikdən dərhal sonra təbrik üçün icra hakimiyyətinə gələnlər arasında da Aydın Hüseynov xüsusi yer tutub. İcra başçısının təbriki isə kifayət qədər bahalı olub- avtomobil.

 

Məlumatlara görə, rəhbər şəxsləri avtomobillə təbirk etmək Aydın Hüseynovun köhnə adətidir və o, daha əvvəl Süleyman Mikayılovun da qəbuluna məhz avtomobil açarları ilə gedib. İndi isə təbrik ünvanını dəyişib və əvvəlki başçıdan fərqli olaraq Aydın Hüseynov Səabel rayonunun indiki icra baçısı ilə münasibətləri həm də “dostluq” müstəvisinə çəkmək niyyətindədir. Səbael rayonunun bütün «qara xərcləri»nə nəzarətin  Aydin Hüseynova verilməsi də ona olan “inamın” göstəricisidir.

 

İcra başçısını avtomobillə təbrik etmək şakərinin ona qazandıracağı milyonlari isə yəqin ki, özündən başqa heç kəs hesablamayacaq.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə