Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“İdxal olunan bütün mallar yalnız qanunvericiliklə nəzərdə tutulmuş rüsumlara cəlb edilir”
“İdxal olunan bütün mallar yalnız qanunvericiliklə nəzərdə tutulmuş rüsumlara cəlb edilir”
11 Yanvar 2016 / 19:22 / Baxış sayı: 222
Font1 Font2 Font3 Font4

Dövlət Gömrük Komitəsi bu gün kütləvi informasiya vasitələrində “Gömrük Komitəsi qiyməti qaldırıb – Bu barədə Dərnəgül bazarında taxta işi ilə məşğul olan sahibkarlar məlumat verib” başlıqlı xəbərə münasibət bildirib.

Qurumun yaydığı açıqlamada bildirilib ki, adıçəkilən məqalədə həqiqətə uyğun olmayan məlumatlar yayımlanıb: “Konkret ünvan və ad göstərilmədən guya sahibkarlara istinadən Dövlət Gömrük Komitəsi tərəfindən Rusiya Federasiyasından idxal olunan meşə materiallarına görə əlavə rüsum alınması barədə informasiyalar yer alıb.

Dövlət Gömrük Komitəsi rəsmi olaraq bildirir ki, ölkəyə idxal olunan bütün mal və nəqliyyat vasitələri yalnız qanunvericiliklə nəzərdə tutulmuş “Gömrük Tarifi Haqqında Qanun”a uyğun olaraq vergi və rüsumlara cəlb edilir, idxal əməliyyatları zamanı lazım olan müvafiq sənədlər vaxtında və düzgün olaraq gömrük orqanına təqdim edildikdə ən qısa zaman kəsiyində gömrük rəsmiləşdirilməsi həyata keçirilir”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə