Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycan Təhsil Şurası beynəlxalq konfransa hazırlaşır
Azərbaycan Təhsil Şurası beynəlxalq konfransa hazırlaşır
11 Yanvar 2016 / 20:50 / Baxış sayı: 862
Font1 Font2 Font3 Font4

Azərbaycan Təhsil Şurası beynəlxalq konfransa hazırlaşır. Bu barədə arxiv.bizimxeber.az-a Təhsil Şurasının katibi, mətbuat və ictimaiyyətlə əlaqə mərkəzinin rəhbəri Böyükağa Mikayıllı verib. Onun sözlərinə görə, “Beynəlxalq təcrübə mübadiləsi təlim keyfiyyətini yüksəldən vasitə kimi” mövzusunda ikinci beynəlxalq elmi-təcrübi konfrans Ukraynanın Lvov şəhərində Lvov Vilayət Təhsil İdarəsi ilə birgə keçiriləcək.

B.Mikayıllının sözlərinə görə, konfrans Azərbaycan müəllimlərinin, təhsil işçilərinin və alimlərin Ukraynanın ümumtəhsil  sistemindəki yeniliklərlə, islahatların, məktəbdə təlim prosesinin gedişi ilə tanış olması,  eyni zamanda, Azərbaycan təhsilinin müasir tendensiyalarını Ukraynanın təhsil ictimaiyyətinə çatdırılması məqsədi daşıyır.

Konfrans çərçivəsində Azərbaycanlı nümayəndələr Lvov vilayətinin iki şəhər, iki kənd məktəbinin, eləcə də İvan Franko adına Lvov Dövlət Universitetinin pedaqoji fakültəsinin fəaliyyəti ilə tanış olacaqlar. Konfrans çərçivəsində, eyni zamanda, Vilayətin bir neçə məktəbi ilə Azərbaycan məktəblərinin əməkdaşlıq müqaviləsinin imzalanması nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan Təhsil Şurası eyni mövzuda birinci beynəlxalq elmi-təcrübi konfransı ötən il Gürcüstanda keçirmişdir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə