Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Yardımlı meşələrinin başının üzərini ciddi təhlükə alıb
Yardımlı meşələrinin başının üzərini ciddi təhlükə alıb
12 Yanvar 2016 / 13:27 / Baxış sayı: 632
Font1 Font2 Font3 Font4

Sevindik Hətəmov və Elton Məmmədov ittifaqı vəziyyəti dözülməz edib

Yardımlı rayon sakinləri icra başçısı Sevindik Hətəmovun və onun ətrafında olan bir sıra şəxslərin, həmçinin yaxın münasibət qurduğu vəzifə sahiblərinin əməllərindən təngə gəliblər. Bu barədə redaksiyamızı bilgiləndirən məlumatlı şəxsin sözlərinə görə, Sevindik Hətəmovun Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunduğu gündən yerli sakinlərin, eləcə də iş adamlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin qara günləri başlayıb.

Məlumat üçün bildirək ki, əslən Laçın rayonundan olan Sevindik Hətəmov əmək fəaliyyətinə adıçəkilən rayonun Güləbird kənd orta məktəbində çilingər-montyor kimi başlayıb. Daha sonra o, Laçın rayon Texniki Təhcizat Bazasında mühəndis, böyük mühəndis, Laçın rayon Maddi-Texniki Təchizat və Mexanikləşdirmə İstehsalat Birliyində mühəndis, Laçın rayon Təsərrüfat hesablı Tikinti Quraşdırma Sahəsində rəis, “Güzdək” daş karxanasında direktor vəzifəsində çalışıb. 2005-ci ildən 2010-cu ilə kimi isə Milli Məclisin üzvü kimi fəaliyyətini davam etdirib. Sevindik Hətəmov deputat mandatından məhrum olduqdan sonra isə Prezidenti Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi vəzifəsində işləyib. 10 aprel 2012-ci il tarixdən isə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı postunda təmsil olunur.

Bu arada, Sevindik Hətəmovun Milli Məclisin deputatı olduğu müddətdə nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, parlamentin üzvü Elton Məmmədovla sıcaq münasibətlər qurmağa müvəffəq olduğunu qeyd edən məlumatlı şəxsin sözlərinə görə, onlar bu gün də bir çox məsələləri birlikdə həll edirlər: “Sevindik Hətəmov icra başçısı postuna yeni təyin olunduğu dönəmlərdə Yardımlı rayon sakinləri ona böyük ümidlər bəsləyirdilər. Camaat elə zənn edirdi ki, onun gəlişi ilə uzun illərdən bəri onları narahat edən bir çox problemlər artıq öz həllini tapacaq. Lakin bununla bağlı gözləntilər heç də özünü doğrultmadı. Əksinə, Sevindik Hətəmovun gəlişindən sonra yardımlıların problemlərinin sırasına yeniləri də əlavə olundu.

Odur ki, artıq ona bəslənilən ümid çoxdan ölüb. Çünki rayon əhalisi icra başçısından qətiyyətli addımlar gözləsə də, o, Yardımlını ətrafındakı bir sıra şəxslərə, eləcə də Elton Məmmədova təslim edib. Hər kəsə bəllidir ki, meşə sərvətləri heç bir digər təbii sərvətlərə xas olmayan çoxsahəli funksiyaları yerinə yetirir. Yəni meşələr yeganə təbiət kompleksi hesab olunur ki, onlar su, hava və torpaq kimi biosferanın çox vacib olan komponentlərinin sabitləşdirilməsinə şərait yaradır. Bu baxımdan, meşələrlə zəngin olan Yardımlı rayonu xüsusi gözəlliyə, mühüm əhəmiyyətə malikdir. Lakin son illər Yardımlı meşələrinin başının üzərini ciddi təhlükə alıb. Bu təhlükə isə Sevindik Hətəmov və Elton Məmmədov ittifaqından qaynaqlanır”.

Mənbə iddia edir ki, icra başçısı ilə millət vəkili şərikli biznesə malikdir. Belə ki, Yardımlı meşələrindəki ağacları qırmaqla, özlərinə məxsus olan mebel və parket sexlərinə cökə, palıd, fıstıq, vələs, göyrüş, şabalıd, qoz, cır armud və s. kimi qiymətli ağaclar gətirilir, ilkin emaldan çıxaraq Bakıya daşınır: “Bir sözlə, Yardımlı meşələrinin bəzəyi hesab olunan bəzi qiymətli ağac növləri bu gün Sevindik Hətəmov və Elton Məmmədovun şərikli biznes strukturları üçün əsl xammal bazasına çevrilib. Meşələrin sürətlə qırılmasına səbəb olan digər bir amil isə Yardımlının səfalı məkanlarında, təbiətin qoynunda istirahət mərkəzləri və iaşə obyektlərinə sahib olmaq istəyənlərin sayının çox olmasıdır.

Deyilənlərə görə, həmin obyektlərin bir çoxu Sevindik Hətəmov və Elton Məmmədov ittifaqının nəzarətindədir. Bir sözlə, Yardımlı rayonunda meşə massivləri günü-gündən məhvə doğru gedir. Bunun məsuliyyəti isə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovun və onun biznes ortağı, deputat Elton Məmmədovun üzərinə düşür…”

Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

P.S  Güləbirdli Vaqifin söhbətinə isə növbəti yazılarımızda toxunacağıq.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə