Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Nardaran ağsaqqalı özünü qismən təqsirli bilir
Nardaran ağsaqqalı özünü qismən təqsirli bilir
12 Yanvar 2016 / 13:48 / Baxış sayı: 352
Font1 Font2 Font3 Font4

Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov ittiham olunduğu maddə üzrə özünü qismən təqsirli bilir. Bu haqda modern.az- onun hüquqlarını müdafiə edən Əyyub Ələkbərov məlumat verib. Vəkil N.Kərimovla yanvar ayının 11-də görüşdüyünü bildirib:“Onunla görüşdük. Səhhəti, saxlanma şəraiti normaldır, heç bir şikayəti yoxdur”.

Ə.Ələkbərov müvəkkilinin ittiham olunduğu maddə üzrə özünü təqsirli bildiyini açıqlayıb: “Onunla söhbətimiz zamanı ittiham olunduğu maddə üzrə özünü qismən təqsirli bilir”.

Hüquqşünas apelyasiya şikayətinin verilməsi ilə bağlı son sözü Natiq Kərimovun deyəcəyini vurğulayıb: “Bu, onun özündən, öz istəyindən asılıdır. Əgər istəsə apelyasiya şikayəti verəcəyik…”.

Qeyd edək ki, Ə.Ələkbərov dövlət tərəfindən təyin edilmiş vəkildir.

Natiq Kərimov Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsi tərəfindən aparılan cinayət işi üzrə şübhəli bilinərək 7 yanvar 2016-cı il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə