Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Lənkəranda bahalaşma əleyhinə aksiya – sakinlər yolu bağladı – FOTOLAR
Lənkəranda bahalaşma əleyhinə aksiya – sakinlər yolu bağladı – FOTOLAR
12 Yanvar 2016 / 14:44 / Baxış sayı: 464
Font1 Font2 Font3 Font4

Yanvarın 12-də Lənkəran rayonunun Liman şəhərinin sakinləri Bakı-Astara yolunu bağlayıblar.

Bu barədə AzadlıqRadiosuna Müsavat Partiyası Liman təşkilatının üzvi İman Əliyev məlumat verib. İman Əliyevin sözlərinə görə, aksiyanı heç bir siyasi qüvvə təşkil etməyib. Əhali qiymətlərin qalxmasına və işsizliyin artmasına etiraz edirlər:
«Təsadüfən yoldan keçirdim, insanların yolu bağladıqlarını gördüm. Adamlar qiymətlərin günü-gündən artmasına, işsizliyin baş alıb getməsinə etiraz edirlər. Bəs deyirdilər ki, Azərbaycan neftdən asılı deyil, qeyri-neft sektoru inkişaf edib. Bəs nə oldu?».
Aksiya iştirakçılarından biri isə AzadlıqRadiosuna deyib ki, artıq yaşaya bilmirlər: «Arvadın, uşaqların gözünün içinə baxa bilmirik. Bizə iş lazımdır, şəhərdə hər gün oğurluqlar artır. Təkcə dünən iki oğurluq olub».
İman Əliyev deyib ki, hadisə yerinə polislər gəlib. Onlar aksiyanı dağıtmağa çalışırlar. İman Əliyevin sözlərinə görə, ötən ilin fevralında birinci devalvasiya zamanı da Liman sakinləri yolu bağlayıblar. Onun müraciətindən sonra aksiya dayandırılıb:
«Onda həm əhali, həm də yerli hakimiyyət orqanları məni qınadı. Sadə insanlar məni qınadılar ki, bizim qarşımızı niyə alırsan? Yerli hakimiyyət orqanları da aksiyanın təşkilatçılığını üstümə atıb, məni tutmaq istəyirdilər. Bugünkü aksiya da kortəbii, əhalinin öz istəyi ilə keçirilir».













Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə