Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakıda zavodda kütləvi zəhərlənmə: fəhlələr xəstəxanaya yerləşdirildi
Bakıda zavodda kütləvi zəhərlənmə: fəhlələr xəstəxanaya yerləşdirildi
12 Yanvar 2016 / 15:36 / Baxış sayı: 244
Font1 Font2 Font3 Font4

Bakıda yerləşən zavodların birində kütləvi zəhərlənmə baş verib. “Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən Metal Konstruksiyalar zavodunda bir neçə gün öncə baş verib. 

Bakı şəhər sakini, 1966-cı il təvəllüdlü Elçin Rəhimovun icarə əsasında işlətdiyi metal qəbulu sexində naməlum səbəbdən Ammonyak turşusu yerə dağılıb.

Nəticədə yaxınlıqdakı taxta sexində işləyən fəhlələr – Göyçay rayon sakini, 1994-cü il təvəllüdlü Yaşar Xancalov, Salyan rayon sakini, 1983-cü il təvəllüdlü Yusif Kərimov, Ağsu rayon sakini, 1985-ci təvəllüdlü Xəqani Nurəliyev, Ucar rayon sakini, 1988-ci il təvəllüdlü Rzaağa Heydərov, Bakı şəhər sakinləri -1971-ci il təvəllüdlü Pərviz Əbdülhəmidov və qardaşı, 1974-cü il təvəllüdlü Rövşən zəhərlənərək xəstəxanaya yerləşdiriliblər. Toksokologiya xəstəxanasında müalicə olunan fəhlələrin səhhəti qənaətbəxşdir. Araşdırma aparılır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə