Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bank müdirini qətlə yetirənlərə hökm oxundu
Bank müdirini qətlə yetirənlərə hökm oxundu
12 Yanvar 2016 / 16:39 / Baxış sayı: 268
Font1 Font2 Font3 Font4

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Avropa” otelinin idman zalında öldürülən “Zaminbank”ın Nəsimi filialının müdiri Azər Məmmədovun qətlə yetirilməsində təqsirləndirilən Mövlud Səfərov və Sənan Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Prosesə hakim Səbuhi Hüseynov sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə görə, Sənan Quliyev ömürlük, Mövlüd Səfərov isə 20 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətl hadisəsi 22 aprel 2015–ci ildə “Avropa” otelinin idman zalının soyunub-geyinmə otağının qarşısında baş verib. Tərəflərin ilkin izahatlarından məlum olub ki, təqsirləndirilən Sənan Quliyevlə Mövlud Səfərov hotelin idman zalında məşq etmək üçün rüsum ödəyiblər. Onların tatamiyə idman ayaqqabısı ilə çıxması orada işləyən qarışıq döyüş növləri üzrə məşqçi Ruslan Əfəndiyevin etirazına səbəb olub. Bu zaman tərəflər arasında mübahisə yaranıb. Məşqçinin tələbələri, o cümlədən “Zaminbank”ın Nəsimi filialının sədri Azər Məmmədov da mübahisəyə müdaxilə edib və əlbəyaxa dava başlayıb. Bu zaman Sənan Quliyev üzərində gəzdirdiyi bıçaqla Ruslan və Azərə xəsarət yetirib.  Xəsarət döş qəfəsinə nüfuz etdiyindən, Azər Məmmədov hadisə yerində ölüb, Ruslan Əfəndiyev isə yaralanıb.

Sənan Quliyev Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 221.2.1 (bir qrup şəxs tərədindən xuliqanlıq), 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət), 221.3 (silah qismində əşyanı tətbiq etməklə xuliqanlıq etmə), Mövlud Səfərov isə 221.2.1; 221.2.2; 221.3 maddələri maddələri ilə təqsirli bilinirlər.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə