Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakıda hamilə qadını huşunu itirənədək döydülər – VİDEO
Bakıda hamilə qadını huşunu itirənədək döydülər – VİDEO
12 Yanvar 2016 / 18:09 / Baxış sayı: 740
Font1 Font2 Font3 Font4

Onları döyən oğlanlar qaçarkən bir neçə maşını da əzib. Bakıdakı yaşayış kompleksinin həyətində insanları gecə yarısı qadın fəryadı bayıra çıxarıb. Qışqıraraq kömək istəyən qadının harayına gedən insanlar onu yerdə huşsuz vəziyyətdə görüblər. 

Oxu.Az Criminal.az-a istinadən xəbər verir ki, bu gecə saat 01 radələrində bir neçə oğlan cavan bir xanımı huşunu itirənədək döyüblər. Hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən yaşayış kompleksinin həyətində baş verib.

Gecə saatlarında kompleksin həyətində içərisində rəfiqələri olan xanım sürücü başqa bir maşının sürücüsü ilə bir-birinə yol vermək üstündə mübahisə ediblər. Maşından düşən oğlanlar xanımlarla dava ediblər. Bu zaman onlar həmin xanımlardan birini zərbə ilə yerə yıxıblar, sonra isə təpikləyiblər.

Hadisə şahidlərinin bildirdiyinə görə, qızı oğlanların əlindən almaq mümkün olmayıb. Onlar qızı döyüb ürəkləri soyuyandan sonra maşına minərək aradan çıxıblar.

Yaxınlıqdakı insanlar döyülən xanımı maşına əyləşdirərək üzərinə su tökməklə ayıldıblar. Həmin xanımın hamilə olduğu deyilir.

Onu da əlavə edək ki, zərərçəkmiş xanımın rəfiqəsi bildirdi ki, onları döyən oğlanlar qaçarkən bir neçə maşını da əzib.

Daha sonra xanımlar maşına əyləşərək izahat verməık üçün Sabunçu rayon Polis İdarəsinin 13-cü bölməsinə yollanıblar.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə