Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“BP Azerbaijan”ın 50 əməkdaşı işsiz qaldı?
“BP Azerbaijan”ın 50 əməkdaşı işsiz qaldı?
13 Yanvar 2016 / 10:41 / Baxış sayı: 58
Font1 Font2 Font3 Font4

BP-nin Azərbaycan nümayəndəliyinin 50-yə yaxın əməkdaşı işdən azad olunub. Bu barədə işdən çıxarılan əməkdaşlar məlumat veriblər. “BP-Azərbaijan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı isə sayta faktı təsdiqləməyib.

***23:15

Böyük Britaniyanın neft-qaz hasilatı şirkəti BP yaxın iki il ərzində bütün dünya üzrə kəşfiyyat və hasilat bölmələrində 4 minə yaxın iş yerini ixtisar edəcək. “Report”un xəbərinə görə, bu barədə şirkətin yaydığı məlumatda bildirilir. Qeyd olunur ki, şirkət neftin qiymətlərinin aşağı düşməsi səbəbindən buna getmək məcburiyyətində qalıb.

Məlumata görə, ixtisarlar Anqola, Azərbaycan, həmçinin Meksika körfəzi və Şimal dənizi kimi regionlarda fəaliyyət göstərən kəşfiyyat və hasilat sahələrinə toxunacaq. Ümumilikdə bu bölmələrdəki 24 min yerdən 4 minə yaxını ixtisara düşəcək. İxtisarlar 2017-ci ilin dekabrınadək iki il ərzində aparılacaq. Bu addımın atılmasına səbəb kimi neftin qiymətlərinin aşağı olması, dolların güclənməsi və ehtiyatların həddindən artıq bolluğu göstərilir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə