Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rövnəq Abdullayev Gürcüstana getdi
Rövnəq Abdullayev Gürcüstana getdi
13 Yanvar 2016 / 11:03 / Baxış sayı: 286
Font1 Font2 Font3 Font4

SOCAR rəhbəri qaz müzakirələri üçün qonşu ölkəyə səfərə gedib. SOCAR rəhbəri Rövnəq Abdullayev Gürcüstana səfərə gedib. Bu barədə SOCAR-Georgia” şirkətindən məlumat verilib. Məlumata görə, hələ ki, müzakirələr başlamayıb. Ötən gün Gürcüstanın energetika naziri Kaxa Kaladze bildirmişdi ki, Rövnəq Abdullayevlə qaz qiymətlərini müzakirə edəcək.

Kaladze SOCAR -dan “mavi yancağ”ın qiymətini aşağı salmasını istəyir. “Mən qiymət açıqlamaq istəmirəm. Amma onu deyə bilərəm ki, “Qazprom”un təklif etdiyi qaz Azərbaycandan idxal olunandan daha ucuzdur. Biz “Qazprom”un qiymətlərini SOCAR-la müzakirə edəcəyir”,-deyə Kaladze bildirib.

Kaxa Kaladze – Gürcüstanın energetika naziri

Gürcüstan hazırda İran və Rusiyadan qaz idxal etmək istəyir. Hökümətin ötən il İran və Rusiya ilə ilk gizli qaz danışıqları üzə çıxmışdı. Amma həmin vaxt heç bir tərəflə razılaşma əldə olunmamışdı.

Hazırda isə Gücüstanın qaz bazarında ən böyük pay SOCAR-a məxsusdur. Əgər Rusiya və yaİran Gürcüstanın qaz bazarına daxil olarsa, SOCAR-ın payı azala bilər. Bu isə Azərbaycanın iqtisadi hədəflərinə uyğun gəlmir.

Gürcü xalqı və müxalif siyasi partiyalarda Rusiyadan qaz ixracına etiraz edirlər. Onlar qaz ixracından Rusiyanın nə vaxtsa öz siyasi məqsədləri üçün istifadə edə biləcəyini düşünürlər.

arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə