Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Siyəzəndə aksiyanı dağıtmağa başladılar – FOTOLAR + YENİLƏNİR
Siyəzəndə aksiyanı dağıtmağa başladılar – FOTOLAR + YENİLƏNİR
13 Yanvar 2016 / 12:03 / Baxış sayı: 808
Font1 Font2 Font3 Font4

10:43

Siyəzən rayonunda dünəndən başlayan bahalaşma əleyhinə aksiya bu gün də davam edir. Bu barədə məlumatı Qaynar.info-ya aksiya iştirakçıları verib.

Onların sözlərinə görə, dünən başlayan aksiya zamanı, təkliflərinin qəbul ediləcəyi ilə bağlı vədlər verilib. Camaat evə dağıldıqdan sonra isə aksiyada xüsusi fəallıq nümayiş etdirən şəxslər saxlanılaraq, polis bölmələrinə aparılıb.

Aksiya iştirakçılarının sözlərinə görə, 30-a yaxın Siyəzən sakini saxlanılıb. Saxlanılanlar arasında VHP Siyəzən rayon təşkilatının sədr müavini Etibar Qəniyev də var. Hazırda Siyəzən Rayon Polis idarəsinin həyyətinə xüsusi təyinatlı polis dəstələri və Daxili Qoşunların əsgərləri gətirilir. Qaynar.info hadisəni diqqətdə saxlayır. Yeni məlumatlar əlavə ediləcək.

10:51

Siyəzəndə etiraz edən insanları dağıtmaq üçün havaya rezin güllələr atılır. Məlumatı Qaynar.info-ya aksiya iştirakçıları veriblər.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə