Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Naxçıvanda 3 generala qarşı şok həbs dalğası – Kimləri saxlanıb?
Naxçıvanda 3 generala qarşı şok həbs dalğası – Kimləri saxlanıb?
13 Yanvar 2016 / 12:17 / Baxış sayı: 506
Font1 Font2 Font3 Font4

Naxçıvan Muxtar Respublikasında yüksək rütbəli məmurların, generalların ən yaxın adamlarından ibarət mütəşəkkil cinayətkar dəstəyə qarşı əməliyyat keçirilib.

Hüquq-mühafizə orqanlarındakı mötəbər mənbədən “AzPolitika.info”-ya daxil olan məlumata görə, Naxçıvan Daxili İşlər Nazirliyi 3 gün əvvəl MR-in keçmiş Milli Təhlükəsizlik naziri, general-leytenant Vəli Ələsgərovun qardaşı Əli Ələsgərov, MR Gömrük Komitəsinin sədri Asəf Məmmədovun qardaşı Yusif Babayev (Hansısa səbəbdən bu qardaşların rəsmi soyadları fərqlidir-red) və Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun keçmiş ərzaq xidməti rəisi, təqaüdə çıxdıqdan sonra da Naxçıvan Ordusunun ərzaq təminatını həyata keçirən Fəxrəddin Quliyevi saxlayıb. Əməliyyata şəxsən Daxili İşlər naziri, general-leytenant Əhməd Əhmədov başçılıq edib.

Sonuncu şəxs Eldar Mahmudovun həmkəndlisi və yaxın dostu, eyni zamanda Əlahiddə Ordunun komandanı, general-leytenant Kərəm Mustafayevin ən inanılmış adamlarından biridir.“AzPolitika”nı bu sensasiyalı hadisə ilə bağlı məlumatlandıran mənbə bildirib ki, Gömrük Komitəsinin sədri Asəf Məmmədov MR Ali Məclisinin sədri ilə danışmağa cəhd etsə də, hazırda həyat yoldaşının xəstəliyi ilə əlaqədar Türkiyədə olan Vasif Talıbov onun zənginə cavab verməyib.

Bundan sonra A.Məmmədov qardaşına cinayət işinin açılmaması, cinayətin ört-basdır olunması üçün DİN-lə anlaşmağa cəhdlər edib.Naxçıvanda 3 generalın ən yaxın ətrafından ibarət bu dəstənin ifşası əməliyyatının təfərrüatı və “üçlüyün” həbsinin motivləri ilə bağlı şokedici məlumatlar yaxın saatlarda yazıya əlavə olunacaq.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə