Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Nazir 52 rayona idarə rəisi göndərir
Nazir 52 rayona idarə rəisi göndərir
13 Yanvar 2016 / 15:40 / Baxış sayı: 1324
Font1 Font2 Font3 Font4

52 rayon üzrə kənd təsərrüfatı idarələrinin ən müasir standartlar səviyyəsində qurulması artıq yekunlaşıb. Yanvarın 12-dən etibarən rəislərin təyinatına da start  verilib. 

Bu haqda Modern.az-a Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev məlumat verib. O qeyd edib ki, bundan sonra yerlərdə aqrar siyasəti həyata keçirən qurumlar fəaliyyət göstərəcək: 

“Həmin idarələrdə internet şəbəkəsi, elektron sistem tam müasir formada hazırlanıb. Rayonlarda olan toxumçuluq, baytarlıq, aqrokimya idarələri kompakt şəkildə vahid mərkəzdə birləşdirilib. Artıq təşkilati işlər tam yekunlaşıb, yeni ilin əvvəlindən etibarən idarələr formalaşmağa başlayıb. Dünəndən etibarən bir neçə rayonda idarə rəislərinin təyinatı da başlayıb”.

Xatırladaq ki, ğlkə başçısının ötən il imzaladığı müvafiq fərmanla Azərbaycanın 52 bölgəsində kənd təsərrüfatının rayon idarələri yaradılıb. Yeni yaradılan qurumlar Kənd Təsərrüfatı Nazirliynin ləğv edilmiş 9 regional idarəsinin funksiyasını həyata keçirəcək. 52 rayonda kənd təsərrüfatı idarələri üçün inzibati binalar tikilib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə