Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Lənkəranda saxlanılan müxalifətçilərə 1 ay həbs verildi
Lənkəranda saxlanılan müxalifətçilərə 1 ay həbs verildi
13 Yanvar 2016 / 16:46 / Baxış sayı: 380
Font1 Font2 Font3 Font4

Xəbər verdiyimiz kimi, Lənkəranda keçirilən etiraz aksiyası ilə əlaqədar dünən axşam saatlarında AXCP və Müsavat Partiyası rayon şöbələrinin sədrləri Nazim Həsənli və İmanverdi Əliyev yerli polis şöbəsinə aparılaraq saxlanmışdılar. 

Lənkəran Rayon Məhkəməsinin qərarı ilə hər iki şəxsə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən qanunsuz aksiya təşkil etdikləri üçün 1 ay müddətinə inzibati həbs cəzası verilib. Müxalifətçilərin yaxınları isə çıxarılan qərardan narazıdırlar. Onlar deyirlər ki, onların heç biri dünənki aksiyada iştirak etməyib.

Qohumları iddia edirlər ki, Nazim Həsənli aksiya barədə məlumat və şəkilləri Facebook səhifəsində paylaşdığına, İmanverdi Əliyev isə “Azadlıq” radiosuna müsahibə verdiyinə görə cəzalandırılıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə